Dünyadakı siyasi vəziyyət!
Salam əziz oxuyucular!
Bugün sizlər üçün maraqlı bir mövzuda söhbət edəcəyəm. Mövzumuz dünyadakı siyasi vəziyyətdir. Amerkanın və Rusiyanın dünyada güc nümayişi digər dövlətlər üçün sözün əsl mənasında təhdiddir. Təəssüflər olsun ki, bu ölkələrin son zamanlarda yaxın şərqdə etdikləri və minlərlə insanın ölümü ilə nəticələnən hərbi əməliyyatlar insanların qəlbinə bir ox kimi batmaqdadır. Hər nə qədər bu ölkələrə ədalət gətirəcəklərini desələr də bugünkü nəticələr bu sözlərin sadəcə bir mif olduğunu sübut edir. Amerikanın İraqa olan hücumu ədaləti bərpa etmək adına idi. Amma gəl ki, gerçəkdən də belə mi oldu? təbii ki elə deyil. Məqsəd sadəcə və sadəcə öz var-dövlətlərini sərvətlərini artırmaq istəyən böyük dövlətlərin planlarıdır. Qurulan bütün planlarda sərvət əldə etmək görünən nəticələrdən daha da yaxşı başa düşülür. Amma nə etmək olar heçnə etmək olmur. Regionda öz sözünü deyəcək daha güclü dövlət meydana gəlməmiş bu basqılar, bu mənasız və yersiz müharibələr davam edəcəkdir. Ya da mason planları kimi plan qura biləcək və yüz illər boyu bu plana uyacaq insanlar yetişdirmək kimi işlər görmək lazımdır. Lakin bu da ola bilməz çünki onlar daha da güclüdürlər və əliqanlı qatildirlər. Heçnəyi görməzdən gəlmirlər və öz işlərini, pis əməllərini gözüyumulu həyata keçirirlər. Vicdanın, Allah qorxusunun olmadığı kəslər, o kəslər ki, şeytana xidmət edirlər. Bunu hər yer göstərir. Bütün televizyalar, bütün mətbuat. Ömür davam etdikcə biz də görəcəyik nə necə olur. Necə deyərlər yaşayarıq görərik!
Posted from my blog with SteemPress : https://alfren.000webhostapp.com/2018/10/dunyadaki-siyasi-v%c9%99ziyy%c9%99t