Könüllülərimizin ofisimizdəki əl işləri

Salam, gözəl insanlar. Bu gün sizlərə yenə iş yerim haqqında, daha doğrusu, ofisimiz haqqında bir yazı yazacam. Bu dəfəki yazıda könüllülərimizin bizlərə, ofisimizə hədiyyəsi olan əl işlərini görəcəyik. İşimiz gərəyi hazırda xeyli sayda könüllümüz var ki, onlardan bəzilərinin çox yaxşı əl bacarıqları var.

Misal, biri gözəl rəsm çəkə bilir, biri gözəl foto çəkə bilir, bir digəri çox gözəl sənətkarlıq bacarıqlarına sahibdir. Hərəsinin özünəməxsus bacarıqları var. Axtarsan, rayonumuzda bacarıqları olub da, kəşf olunmayan minlərlə uşaq, minlərlə gəncimiz var. Hamısının qarşısındakı ən böyük əngəl isə bu ölkədə doğulmaqdır yəqin. :/

IMG_20211202_150741.jpg

Hər nə qədər biz əlimizdən gələnin ən yaxşısını etməyə çalışıb gənc, aktiv, bacarıqlı gəncləri bir yerə toplamağa çalışsaq da, bu tam da istənilən nəticəni vermir, təəssüf ki. Mən hər zaman deyirəm, Azərbaycan insanına, Azərbaycan abituriyentinə, gəncinə, ailəsinə pula çıxış lazımdır.

Ölkəmizdə hər kəs pula çıxışı universitetə hazırlaşıb, diploma sahib olmaqda görür. Halbuki xüsusilə müasir dövrdə diplomun heç və heç bir əhəmiyyəti yoxdur. Özün nə etdinsə, etdin. Nə diplomdan əvvəl, nə də diplomdan sonra səni axtaran olmayacaq.

IMG_20211202_150704.jpg

Belə istedadlı əlindən iş gələn gənclərimizə hər zaman deyirəm ki, əlinizdəki bacarığı dəyərlədirin. Univeristet, diplom xəyalları ilə əlinizdəki bacarığı çöpə atmayın. Ən aşağı universitetə belə olsa, qəbul olun, amma əlinizdəki bacarığı itirməyin.

Zatən insan bir müddət sonra görür ki, sevidiyi sahə başqadır, və ya diplomu aldığı sahə heç də onun ürəyincə olan sahə deyil. Halbuki öz bacarığının dalınca gedən insanlar daha uğurlu ola bilərlər. Ehtimalları artırarlar.

IMG_20211202_150749.jpg

Könüllülərimizin həvəsini, isdedalı gənclərimizin bacarıqlarını gördükcə sevinir, lakin bacarıqlarının çürüyüb getmə ehtimalının böyük olduğunu gördükcə isə məyus oluram.

İşimdə nə qədər qalacağam bilmirəm, amma vicdanım rahat olsun deyə, maksimum çalışacam ki, rayon gənclərimizə bir faydam dəysin.

IMG_20211202_150758.jpg

Birilərin həyatına dəyər qatmaqdan gözəl nə ola bilər ki?! Rayon gənclərimizin ən böyük problemi yolsuzluqdur. Tipik bir sovet azərbaycanlısı övladını ən çox həkimlik, hüquq, müəllimlik, polis kimi ixtisaslara yönləndirir. Qınamıram, bəlkə də, dövrdən o qədər anlamırlar. Ən azından bir şeylər bilən birisi olaraq birilərinə yol göstərib, seçimləri təqdim etmək lazımdır.

Oxuduğunuz üçün təşəkkürlər! :)

Coin Marketplace

STEEM 0.28
TRX 0.11
JST 0.030
BTC 67646.69
ETH 3790.48
USDT 1.00
SBD 3.50