Steemit Azərbaycan hər yerdə || İş otağımızdakı ləvazimatlardan

Hara getsək, Steemit Azərbaycanla bağlı bir iz buraxmaq lazımdır. Qoyduğum iz yalnızca Steemit Azərbaycanın yox, həm də mənim öz izimdir. Bir gün biriləri steemit vasitəsiylə kriptovalyutalarla, yeni-yeni anlayışlarla tanış olacaqsa, bloqqerliyə başlayacaqsa və ən əsası həmin şəxsi şəxsən mən buraya gətirmişəmsə, mütləq ki xatırlanacağam.Özündən sonra bir şeylər, gözəl bir iz qoyub getməkdən zövqverici nə ola bilər ki?!

IMG_20211202_150942.jpg

İşdə bikarçılıq idi, düşündüm nə edim, nə edim və birdən gözüm markerə və lövhəmizə sataşdı. Götürdüm əlimə markeri başladım, nə gəldi yazmağa, fiqurlar çəkməyə. Birdən necəsə içimdən keçdi ki, qoy bura Steemit Azərbaycan yazım.

Həm bu yazını yazmağımın əsas səbəbi odur ki, deməli, bu booming dəstək proqramı üçün belə bir planım vardı ki, mərkəzimizə gələn gəncləri yığacam ətrafıma və bu lövhədə onlara steemit haqqında, bloqqerlik haqqında müyyən biliklər verəcəyəm.

Sonra da elə gətirdi ki, booming dəstək proqramı dayandı və mən də fikrimdən bir müddətlik vaz keçdim. Bu yazıları da lövhəyə yazarkən özümü uşaqlara təlim keçən biri kimi təsəvvür etmişdim. Kim bilir?!

IMG_20211202_151120.jpg

Bu yuxarıdakı rəsmi isə mərkəzimizə gələn gənclərdən biri çəkib və bizə hədiyyə edib. Bir vaxtlar, məndən qabaq uşaqlar bu ağacın hər budağına mərkəzimizdə görmək istədikləri fəaliyyətləri yazardılar. Bir növ yolka ağacı, ya niyyət ağacı kimi.

İndi isə daha bu məqsədlə yox, sadəcə sərgiləmək məqsədiylə saxlayırıq. Baxanda spesifik bir özəlliyi yoxdur,əslində. Yendə də bu şəkli çəkən gəncimizə də təşəkkürümü bildirirəm. Hərçənd əminəm ki, bu təşəkkürü görməyəcək. :)

IMG_20211202_151113.jpg

Yuxarıdakı isə ofisimizdəki monitordur. Gənclər bu monitorda film izləyir, həmçinin biz müəyyən fəaliyyətlərimizdə slaydlarımızı bu monitorda əks elətdiririk.

Son dəfə bu monitorda mərkəzimizin gəncləri birlikdə "Adəm və Həvva" filmini izləyiblər. Narkomaniyaya aid olan film böyük həvslə izlənsə də, açığı mən sevməmişəm bu filmi.

Coin Marketplace

STEEM 0.23
TRX 0.12
JST 0.029
BTC 67817.92
ETH 3505.79
USDT 1.00
SBD 3.20