Vaxt
Hər vaxtınız xeyirli olsun. Bu gecə vaxt haqqında yazmaq istəyirəm.
Allahın insana verdiyi ən qiymətli nemət vaxtdır. Saniyələr dəqiqəyə, dəqiqələr saata, saatlar günlərə, günlər həftələrə, həftələr aylara, aylar illərə çevrilir və vaxt tamam olur. Vaxtın qədrini bilmək lazımdır. Dünya yaranandan bitənə qədər vaxtı Allahdan başqa heç bir varlıq dayandıra bilməz. Hər bir canlının bir ömrü var. İnsan ömrü isə daha qiymətlidir. Vaxt o qədər tez keçir ki, heç bilmirsən günlər, həftələr, aylar, illər necə keçdi.
photo
Allah, vaxtı istifadə etməyi insanın öz ixtiyarına verib. Hər kəs öz vaxtını bildiyi kimi xərcləyir. Ömür qısa, vaxt sürətli. Əsas odur ki, bizə verilən vaxtdan düzgün istifadə etməyi bacaraq. Vaxtı düzgün bölək, çünki vaxt dayanmır. Allah hər birimizə vaxtdan düzgün istifadə etməyi qismət eləsin.