💚Club100🧡 // THE DIARY GAME Better Life.||Dolma bayramı tətilinin son akkordları. 03.05.2022 (100% beneficiaries for Steemit Azerbaijan)

in Steemit Azerbaijan☪✔2 years ago

Salam, sabahınız xeyir. Necəsiniz? Əhvalınızı nəyə kökləmisiniz? Mən əsasən havaya kökləmişəm. Çünki burda hava pis keçir, ara vermir yağışlar. Yağışa baxmayaraq ortalıqda bir bayram ortamı da var. Bütün evlərin xanımları ya səhər tezdən, ya da dünəni axşamdan dolma ehtiyatı görməklə məşğuldu. Bizim evdə də eyni vəziyyətdi. Dolma strateji əhəmiyyətli yeməkdi. Elə əhəmiyyətli olmasaydı bədxah qonşularımız ona ortaq çıxmazdı zad. Zarafat bir yana, bu bayramda dolmanı ona görə bişirirlər ki, rahatdı, bir də çömçə salıb bozbaş qazanının dibindən ət axtarmırsan, həm də ədalətli yeməkdi. Hamıya bərabər düşür süfrədə. Dolmamız hazır oldu səhər tezdən. Daha ürəklə gəlsin bayram deyə bilirik.

IMG-20220503-WA0004.jpg

Gələn gedən çox oldu. Stəkanlar bir doldu, bir boşaldı. Ramazan da yaddan çıxdı, bayramın mahiyyəti də. Qadınlar elədilər. Bir yerə düşdülər, kimisə yuyub sərməlidilər. Guya dinimizdə qiybət günahdır da. Amma nəsə razılaşa bilmirəm. Deyirlər, oturanda özünüzdən danışın. Axı adam nə qədər özündən danışar ki. Həm özünə aid olan söhbətlərin içində də başqaları qarışmış haldadı. İstər istəməz qiybət eləməli olursan. Hamının süfrəsinin üstündə bayram şirniyyatları var, sadəcə süfrə dizaynı fərqlidir.

Screenshot_20220503_085445.jpg

Bu bayram yasəmənin açan vaxtına düşüb. Ətri uzaqdan adamı vurur. Bircə hava da açılsaydı) Get gedə iqlimin kontinentallaşacağı o qədər bəlli olur ki. Qışı sərt, yayı çox isti. Deməli, gün çıxan kimi o qədər isti olur, kölgə axtarırsan. Yağış yağan kimi noyabr soyuğu çökür havaya.

IMG_20220503_085145.jpg

O ağacların arasında əslində dağ var. Dumandan görünməz olub. Şəkildən soyuq tökülür. Bu şəkli səhər çəkmişdim. Sonra hava açıldı. Buludlar dağılmağa başladı. Mən də fürsəti dəyərləndirməyi qərar verdim.

IMG-20220502-WA0027.jpg

IMG-20220503-WA0005.jpg

Həyətdəki yasəmən də məni çək deyib özünü öldürürdü. İnanın ki, iki günün içində açıldı. Sevə sevə yasəməni də çəkdim.

IMG-20220502-WA0026.jpg

IMG-20220502-WA0029.jpg

IMG-20220502-WA0025.jpg

Havanın açılması bizə çılğın ideyalar verdi. Tez atışıb bir top almağı qərar verdik. Atışıb deyəndə ki, top 5 manata idi. Yəni bizim öz büdcəmizlə ala biləcəyimiz topdan söhbət gedir. Hüseyni həmən bazara top almağa göndərdik. Voleybol başladı, nə başladı. Ta ki, top müəmmalı şəkildə partlayana qədər. 5 manatlıq top da uzağı bir saat salamat qalar.

IMG_20220503_122125.jpg

Ardından bir saat da topu kim partlatdığının müzakirəsi getdi, nəhayət taleyimizlə barışdıq. Hal hazırda dolma bayramı davam edir. Həmişə bayramlarda.
Steem alın, bizimlə qalın😊

@steemcurator01

Sort:  
 2 years ago 

Aleykum SALAM. Evdə dolmaya tənbəl yeməyi deyirəm. Onun bişintisinə çox də əziyyət çəkilmir. O ki, yemək yanmasın deyə, qazanın ətrafında pərvanə kimi fırlamadınsa o yemək bişirmək deyil. Belə olanda qeybətə də vaxt qalmır. Fikrin ancaq qazanda olur))) Adam da özündən çox danışanda deyirlərki, özündən çox razı adamdır. "Yuxarı bığ, aşağı saqqal kəlməsi..." MAŞALLAH güllərin ətrini postdan hiss etmək olur))) Aldığınız o top daoyun oynamaq üçün olmayıb. Suvenir olub))

 2 years ago 

Əla gün keçirmisiniz ki. Allah verdiyiniz ehsanı da qəbul eləsin. Adını "qara bayram" eləyib süfrə açılan evlərdə olur Ramazan sevinci. Hər kəs gəlir maç-maçın biri bir qəpik. Bəh yeyib içmək bitdi. Gedən getdi. başlayır yerdə qalanlar qebətə. Söhbət olsun qeybət olmasın deyib yerini rahatlayanlar da olur. İşin maraqlı yamı da budur. Əsl yaradıcılıq. Nəysə. Allah ölənlərimizə də qalanlarımıza da rəhmət eləsin.

Coin Marketplace

STEEM 0.27
TRX 0.12
JST 0.031
BTC 67882.04
ETH 3779.74
USDT 1.00
SBD 3.52