Tənhalıq.

in #steemix6 years ago (edited)

Bir hekayə oxudum bu gün. Əslində çoxdan oxumuşdum. Təkrar oxudum. Maksim Qorkinin " Danko" hekayəsi idi. İzergil qarının söylədiyi hekayələrdən birinin qəhrəmanıdı Danko. Bir qəbilənin ən gözəl qızını bir qartal oğurlayıb aparır. İllər keçir. Qəbilə adamları qızdan xəbər ala bilmir. Və nə baş verir. Bir gün qəbilə adamları itkin düşmüş qızın qəbiləyə qayıtdığını görürlər. O tək deyildi. Yanında qartal kimi iti baxışları olan bir gənc vardı. Bu gənc o qızın qartaldan doğulmuş oğlu idi. Danko idi. Qəbilə adamları Dankonu öz aralarına alırlar. Amma bu gənc çox qürurlu, dikbaş idi. Onun aləmində " yox, olmaz" - sözü yox idi. Ürəyi istəyən hər şey onun olmalı idi.Qürur nədi? Qürurun hökm etdiyi ortamda dostluğa, sevgiyə yer yoxdu. Mərhəmət də yoxdu. Bizim qəhrəmanımız çox qürurludu. Onunla rəqs etməyə etiraz edən bir qızı göz qırpmadan öldürür. Bəs onu necə cəzalandırmalı. Qürurlu insanın ən böyük cəzası onu elə öz qüruru ilə baş başa yalnız buraxmaqdı. Dankonun cəzası da bu olur. O sərbəst buraxılır. Hamı onu tərk edir. Bəs bizim qəhrəmanımız xoşbəxt olurmu? Yox, o tənhalıqdan dəliyə dönmüş bir hala gəlir. Zaman keçir, ölüm də ondan qaçaq düşür.Dankodan ölüm də qaçaqdı. Qəbilə adamları zaman zaman səhrada bir alovun hərəkət etdiyini görürlər. IMG-20190131-WA0018.jpg Bu, Dankonun ürəyi idi. Ölümü axtarırdı. Tənhalıq iki cürdü mənim aləmimdə. Ən pisi də insanların arasında hiss etdiyin tənhalıqdı.Düşünün ki, bir kalabalığın içindəsiniz. Amma orada artıqsınız. Ya da orada kimsə çatışmır. Tənhalığın tərifi yoxdu. Anlatılması da çox çətindi. Heç rahat olmurlar və sonda ölümlərini axtarırlar Danko kimi.Məncə, intiharların başlıca səbəbkarı, baiskarı, günahkarı elə tənhalıqdı. Bir birimizə qucaq açaq, yaxın gələk. Dinləyək, heç olmayanda onlarla susmağı bacaraq...

Sort:  

Ən pisi də insanların arasında hiss etdiyin tənhalıqdı.
Məncə, intiharların başlıca səbəbkarı, baiskarı, günahkarı elə tənhalıqdı.

çok doğru, insan bazen kendine bile yabancı geliyor..

Küsdürməyin insanları, sonra yaşama səbəblərini bula bilmirlər və özlərini ölümə tərk edirlər..

Keşke birde okayabilsem:)

Posted using Partiko Android

😂😂😂😂

Posted using Partiko Android

Ən pisi də insanların arasında hiss etdiyin tənhalıqdı.

Malesef yalnızlığın en kötüsü kalabalık içindeyken hissettiğin yalnızlık :(

Yalnızlık paylaşılmıyor. Böyle söylüyorlar...

Gerçekten güzel insanlar varsa etrafında yalnız kalmıyorsun 😊

Merhaba,

Yazınız C² ekibi değerlendirmesi ile Trliste kürasyon kuyruğu tarafından oylanmıştır.


Kürasyon kuyruğuna katılarak Steemit'te Türkçe yazılara siz de destek olabilirsiniz.

Sevgiler @trliste


Bu yazı Curation Collective Discord Sunucusunda küratörlere önerilmiş ve manuel inceleme sonrasında @c-squared topluluk hesabından oy ve resteem almıştır.
This post was shared in the #turkish-curation channel in the Curation Collective Discord community for curators, and upvoted and resteemed by the @c-squared community account after manual review.
@c-squared runs a community witness. Please consider using one of your witness votes on us here