The Diary Game : 05/08/2021 (Yenə türmə, yenə qazamat, ay brat, ay brat)
Bu postu görən deyəcək ki, Rəvan yenə qatar, yenə çinarlar, yenə yatmış yolyoldaşı haqqında gic-gic yazıb, töküb ortalığa.
Yanılmamısız, mən gəldim və sizə bu gün də heç bir qeyri-adi marağa səbəb olmayan işə getmə əhvalatı uydurub yazacam.
Bu meyxananın linki verim də tam olsun.
Yenə türmə, yenə qazamat, ay brat, ay brat
Karsa girib, narada yat, ay brat, ay brat
video
Çox səviyyəsiz meyxanadı. Bunun təzə çıxan vaxtları mən hərbidə idim, bizim uşaqlara postdan gəlib naraya uzananda qoşurdular bunu, çorta gedirdilər. Deyirdim, hərbidir e bura, türmə deyil. Nəsə çox pis günlərimiz olub.
Bu səhər çox sevincliyəm, küçəmizi bağlayıblar, asvalt çəkirlər. "Bəs niyə bu yolları qayırmerlər?" deyə-deyə durduq, elə ki, başladılar "qayırmağa".
Bu gün yolüstündə nə görsəm yaxşıdır? Dəmir yollarına gecə növbəsində qarovul çəkən dayı gecə oturduğu köşkə bayraq sancıb. Adamda olan vətənpərvərlikdən mən də istəyirəm.
Son olaraq mənim "Çinarlarım"
Hər məni gözləyirlər ki, o axmaq gedə gəlib yenə bizi çəkəcək, səhər saat 6-dan bəzənib-düzənib otururlar yolüstündə.
Əsas odu ki, yolları qayerirlər. Özün də iqtisadi baxımdan inkişafımızı bəyənmirsən🤨
Şuşadan gələnlər var)))
Qaynanam demişkən, musürman millətinin ağzını düzəltmək olan zad dööl)) Hər səbəbə olur olsun, qayırerlərmi?)
Hə, 3 gündü qayırırlar, gecə-gündüz.