Xəstəlikləri niyə və necə seçirik ?

in #saglamheyat3 years ago (edited)

Biz gündəlik yaşamımızda məruz qaldığımız psixoloji gərginliyi özümüz seçirik. Təəccüblənmədən əvvəl bir düşünün. Bilirəm, aranızda hətta etiraz edənlər də var. Axı mən avtoqəzanı niyə özüm seçim? Bu mənim nəyimə lazımdır ? Filan qədər xərc, üstəlik sağlamlığım əlimdən getdi və s. İndi təsəvvür edin ki, siz həmin avtoqəzanın iştirakçısınız. Hansı hissləri yaşadız ? İlkin adrenalin, qorxu, həyəcan və s. Bütün bu duyğuları yaşamaq üçün bundan mükəmməl seçim ola bilərdimi? Mən hər dəfə təkrar edirəm ki, siz hər nə qədər analiz edib düşünsəniz də sizi idarə edən əslində şüuraltınızdır. Bəli, bəli. Məhz şüuraltınız.

image.png

Siz həyatınızın ilk illərində onu nə ilə bəsləmisinizsə, o da sizi bu gün həmin hisslərlə idarə edir. Deyə bilərsiniz ki , mən həyatımın ilk illərində axı özümü idarə edə bilmirdim. Məni valideynlərim belə böyüdüb. Əla. Tam da sizdən gözlədiyim cavab idi. Bəs siz özünüz belə yaşamağa nə zamana kimi davam etmək fikrindəsiniz ? Ən azı başqalarını günahlandırmaqdan vaz keçib məsuliyyəti öz üzərinizə nə zaman götürmək istəyirsiniz ?
Eyni məqamı sizin sağlamlığınızı pozan xəstəliklərə də şamil edə bilərik. Biz uşaq vaxtı xəstələnəndə gördüyümüz qayğı və diqqəti bəyənirik. Bu qayğı və diqqətin məhz xəstələndiyimiz üçün olduğunu təyin edirik. Oldumu sizə açıqlama?

image.png

Sizə bir xoş, bir pis xəbərim var. Əvvəlcə pisdən başlayım. Şüuraltınızın pis hisslərindən təkbaşına qurtula bilməzsiniz. Bu sadəcə vaxt itkisidir. İndi isə keçək xoş xəbərə. Mütəxəssis yardımı ilə həyatınıza mane olan hisslərdən dərhal qurtula bilərsiniz.
Özümü təqdim edim. Mən Jaləyəm. 12 illik insan resursları ilə iş təcrübəm var. Bu illər məni American Hypnos Academy də təhsil almağa sövq etdi. Artıq insan psixologiyasından gördüyüm problem məndə sual oyatmır. Çünki səbəbi bilirəm. Və o səbəbləri necə aradan qaldıra biləcəyimlə bağlı müəllif proqramı hazırlamışam. Bu proqramla addım-addım mənim tapşırıqlarıma əməl etməklə sizinlə birgə hədəflərinizə gedən yolda qarşınızdakı maneələri dəf edəcəyik. Sizə individual strateji yaşam planı hazırlayıb ona 2 ay boyunca birlikdə əməl edəcik. Əgər siz də həyatınızda kökündən dəyişikliyə hazırsınızsa, o zaman pulsuz konsultasiyamıza yazılın . Yeni həyata başlamağa birlikdə qərar verək.
Mənə müraciət etmək üçün instagram profilinə yaza bilərsiniz: https://www.instagram.com/jala_hipnokouc/