Fəlsəfə...💆♂️(100% beneficiaries for Steemit Azerbaijan)
Salam Steemit.
Fəlsəfə öyrənməyə davam edirik.
Ekzistensializm nədir? Ekzistensializmin yaradıcısı alman filosofu Haydeggerdir. O ekzistensializm haqqında yazarkən danimarkalı filosof S.Kyerkeqorun təlimindən istifadə etmişdir. Ekzistensialistlərin ən ümumi problemi həyatın mansı, insanın dünyada yeri, insanın özünə hayat yolu seçməsi ilə bağlıdır. Ekzistensializmin müsbət və mənfi cəhətləri var.
Keçək növbəti terminə.
Neotomizm nədir? Neotomizmin J.Mariten, E.Jilson, Q.Vetter, Y.Boxenski kimi nümayəndələri var. Neotemist fəlsəfəsinin mərkəzində metafizika durur. Metafizika iki yerə bölünür. Ümumi metafizika və xüsusi metafizika. Ontologiyanı özündə birləşdirən, ümumi metafizikadır. Xüsusi metafizika isə özündə dünya və insan haqqında təlimdən danışır.
Neopozitivizm nədir? Adını görməkdə belə çətinlik çəkdiyim bu fəlsəfə pozitivizmin inkişafında üçüncü mərhələni ifadə edir və müxtəlif formalarda təqdim olunur. Məsələn məntiqi pozivitizm, linqivistik təhlil fəlsəfəsi kimi. Vyana dərnəyində hazırlanan, məntiqi neopozitivizimdir. Vyana dərnəyində tanınmış M.Şlik, K.Gedel, A.D.Ayer, K.Karnap kimi filosoflar olub.
Personalizm haqqında danışaq? Personalizm də digərləri kimi Müasir Qərb fəlsəfəsinə aiddir. Bu təlimdə əsasən şəxsiyyət haqqında danışılır. Xüsusilə də fərd və şəxsiyyət anlayışları fərqləndirilir. Personalizm həm də iradə azadlığı haqqında ideyadan danışır.
Rasionalizm nədir bilirsiz? Tənqidi rasionalizmin banisi 20ci əsrin filosofu olan Karl Popperdir. Popperin əsərləri: "Məntiq və elmi biliyin artımı" "Obyektiv bilik" "Realizm və elmin məqsədi" "Açıq cəmiyyət və onun düşmənləri". Popper bu əsərlərində elmi bilik, rasionallıq, elmi həqiqət haqqında geniş bəhs edib.
Bu günlük bu qədər bəsdi. Hələ yazacaq o qədər şeylər var ki. Birdə bütün bunları öyrənməli olduğumu düşünün, qarışdırmamaq şərti öndədi.😑


