Texnolagiyanın həyatımıza təsiri
Bu gün texnologiya həyatımızın ayrılmaz hissəsinə çevrilib. Telefonlar, internet və sosial şəbəkələr gündəlik işlərimizi daha asan edir. Bir düymə ilə məlumat tapmaq, insanlarla əlaqə saxlamaq mümkündür.
Amma texnologiyadan düzgün istifadə etmək çox vacibdir. Həddindən artıq telefon istifadəsi vaxt itkisinə və diqqət dağınıqlığına səbəb ola bilər. Buna görə də balansı qorumaq lazımdır.
Məncə texnologiya bizə xidmət etməlidir, biz ona yox. Vaxtı düzgün böləndə həm real həyat, həm də rəqəmsal dünya daha faydalı olur.