Qar, məclis və saxta vədlər haqqında.

in #blog4 years ago

Qar yağanda adamın nə qədər zir-zibili varsa üstü örtülür. Əbəs yerə demirlər ki, "qar yağıb, poxunun üstü örtülüb?"

Ölkədə yaxşı işlər az olduğundan adam ürək dolusu fərəhlənə bilmir. Keçənlərdə hay-həşir düşdü ki, bəs Milli Məclis "özünü buraxıb". Adam normalda buna acı hissi duyar, amma bizim cəmi insanlar, hətta mömin qardaşlarımız da sevindi. Az qaldıq davul, zurna götürüb, gedib Cıdır düzündə yallı gedək, yeyək, içək. Sonra yadımıza düşdü ki, Cıdır bizdən uzaqdadı, gavurların işğalındadı. Soxduq içimizə. İçimizə demiş, içimizə od düşdü. Hər kəs deputat olmaq arzusu ilə yanıb-alışdı. Xalqı məclisdə təmsil etmək kimi bir xəyal dolandı bizim gənclərin kafasında. Baş bura uyğun gəlmir. Kafa oturur. Dedikərim başa bir az gec girirdi, başa gəlmədi, baha gəldi. Adam gedib kredit götürüb təbliğat-təşviqat işlərinə xərclədi ki, deputat olsun, borclular siyahısına biri də əlavə olundu. Statistika oldu, bu da bir göstəricidir. Bank sektorunda son ayda canlanma hiss ediləcək səviyyəyə çatdı. Əhsən, deputatlığa can atanlar. Sizə atdılar, qutuya daha çox atdılar. Qutundan 83 baş çıxdı. Köhnə başlar. Sovet kafalılar. Burda kafa sözü oturdu yerinə.


image

Qar da yağmağa vaxt tapdı da. Soyuqdan səsimizi çıxara bilmədik, soxduq içimizə. Yaza bəlkə qızışdıq. Yaza nə qalıb ki. Yaz gələr, yonca bitər.



Posted from my blog with SteemPress : https://khagani.000webhostapp.com/2020/02/qar-m%c9%99clis-v%c9%99-saxta-v%c9%99dl%c9%99r-haqqinda
Sort:  

Fəttax babamıza dəymə))

Öldüm gülməkdən. Bir nəfərin dərdi oyanıb deysən))

Coin Marketplace

STEEM 0.28
TRX 0.12
JST 0.032
BTC 67186.90
ETH 3110.36
USDT 1.00
SBD 3.77