Maşın sahibi olanların bilməsi vacib olan 3 sadə qayda
Maşın sürmək təkcə qaz, tormoz, sükan deyil. Avtomobilinə düzgün qayğı göstərən sürücülər həm xərcdən qurtulur, həm də daha təhlükəsiz sürür. Mən də son illərdə öyrəndiyim bir neçə sadə, amma çox faydalı qaydanı bölüşmək istəyirəm:
1️⃣ Zamanında yağ dəyişmək — mühərrikin ömrünü uzadır
Bir çox sürücü gecikdirir və sonra mühərrikin səsi artır, çəkiliş azalır. Normalda 7-8 min km-dən bir yağ dəyişmək ən sağlamıdır.
2️⃣ Təkərlərin təzyiqini ayda 1 dəfə yoxlayın
Təzyiq aşağı olanda yanacaq çox gedir, maşın titrəyir və təkərlər tez yeyilir. Kiçik bir yoxlama böyük xərci qabaqlayır.
3️⃣ Asqı və alt hissəyə qulaq asın
Maşından gələn xırda səs sonradan böyük problema çevrilə bilər. Xüsusən sürət yığanda titrəmə, vuruntu və ya sağ-sol dartma varsa, vaxtında usta baxmalıdır.
Maşına doğru qulluq həm pulunu qoruyur, həm də hər sürüşdə daha rahat hiss edirsən. 🚘
