Axşam gəzintisi
Salam dəyərli dostlar.
Hər bir insanın həyatına evlilik böyük dəyişiklər gətirir.Bu həm azadlığımıza,həm düşüncələrimizə,həm məhsuliyyətimizə,həm hərəkətlərimizə,həm dostlarımıza,həm iş yerimizə,həm yaşayış yerimizə öz təsirini göstərir.Bir çox insanlarda olduğu kimi,məndə ailə qurduqdan sonra yaşayış yerimi dəyişdim.İndi öz yeni evimiz olsada,siftə-siftə kirayə qalmaq məcburiyyətində idik.Bəxtimizdən ilk qaldığımız ev parkın yaxınlığında oldu.Bu da bizim yaşayış tərzimizə öz təsirini göstərdi.Yeni ailə qurmuş cütlük üçün göydən düşmə bir variant idi.
İnsanlar parkda gəzməyə gəlmək üçün uzun-uzadı hazırlaşıb,uzun yol qəth etdikləri zaman,bizə bunun üçün cəmi 3-4 dəqiqə kifayət edirdi.Demək olar ki,hər gün parka çıxıb,gəzib,havamızı dəyişmək adət halını alıbdır.
Baxmayaraq ki,işımizlə bağlı elə olurdu ki,evə gec gəlirdik,yorğun gəlirdik hətda gecə 11-12-də olmuş olsa belə çıxıb gəzirdik.
Bəxtimizdən kiçik bir ailəmizdə hamımız aktiv olduğumuzdan,gəzməyi xoşlayırırıq.Xüsusən də bizim bu balaca çəpişimizi(qızımızı) vurğulamaq istəyirəm.
Parka çıxmaq üçün ürəyi gedir.Axşamına-gündüzünə,soyuğa,yağışa,qara baxmaz.İstəyirəm,vəssalam.
İndiki evimiz demək olar ki,düz parkın içindədir.Çölə çıxdın,artiq parkdasan.Gəl də sən indi belə vəziyyətdə otur evdə.
Necə deyərlər:dəliyə daş atmağa bir bəhanə lazımdır,o da bizdə.Həyətə çıxmaq istəyirəm -park,gəzmək istəyirəm-park,qonaq gəlir-park,məclis keçirmək- kafe parkda.
Artıq parkın bütün it-pişiyi,
kafeləri,kaçeliləri bizi tanıyır.
Hələ yay aylarında gecə dəniz kənarında,skamyada oturub termostan çay içməyin ayrı ləzzəti var.(Bunu yazarkən,REZKİ yadıma düşdü ki,çayım soyuyur,durum çayımı içim))).
Dediyim kimi,evlilik hər bir insanın həyatına böyük dəyişiklik gətirir.Bu dəyişiklik yaxşılığa doğru ola bilər,(pislik demirəm)çətinliyə doğru da ola bilər.
Əziz dostlar,hamınıza öz həyatınızı yaxşılığa doğru dəyişmək imkanı olmasını arzu edirəm.
Xoş istirahətlər
Elədi biz parka gedək deyəndə 30 deqiqə yol qət edirik.Sorada yorğun hala evə qayıdırıq.