10.000 saat'ınız varmı?!

in Steemit Azerbaijan☪✔3 years ago (edited)

📎 Yetenek sizi ortalama insanların üzerine çıkartır,çalışmak sizi yetenekli insanların üzerine çıkartır.
Bu söz Türk oxatma tarixinin ilk olimpia qızıl medalını almış Mete Gazoza aiddir.✍🏻

wvcjxa_Z_400x400.jpg
link

Bu gün sizlərlə "10.000 saat" qaydası haqqında həm öyrəndiklərim, həm də bəzi öz fikirlərimi paylaşacam. Ümid edirəm ki, maraqla sonadək oxuyacaqsınız:)
"10.000 saat" qaydası nədir❓
Gəlin Musiqi Akademiyasında aparılmış araşdırmalardan birinə baxaq. Öz professorları tərəfindən tələbələr üç qrupa bölünmüşdür. Təxmin etmiş olarsınız ki:
1.Dünya standartlarında professional kamançı olma potensiallı şəxslər
2.Bu qrupda kaman çalmada yaxşı olduqları deyilən şəxslər
3.Aydındır ki, bu qrupda normal bacarıqlara malik, musiqi müəllimi olacağı gözlənilən şəxslər daxil idi.
İndi ortaya belə bir sual çıxır. Bu akademiyaya daxil olmaq üçün verilən tələbləri eyni səviyyədə qarşılayan, daxil olduqdan sonra eyni professorlardan alınmış tədris. Bəs fərq nədir?

IMG_20211226_005504_656.jpg

Niyə tələbələr 3 qrupa ayrılır? Bu fərqin səbəbi hər kəsin musiqi ilə məşğul olmağa başladıqları yaşın fərqli olduğu da deyil. Çünki həmin qrupdaki tələbələr hamısı 5 yaşından başlayıblar musiqiyə. Aha davam edək elə yaşdan. Müəyyən yaşa kimi bu tələbələrin gün ərzində məşğul olduqları vaxtın eyni olması, yaş irəlilədikcə isə fərqlənməsi ilə məlum olur ki, 1.ci qrupdakilərin çalışma saatı digərlərindən daha çoxdur. Yəni daha yaxşısını bacarmaq istəyənlər, dünyanın ulduzu olmaq istəyənlər daha çox çalışaraq fərq yaradırlar. Və aparılan araşdırmalar bu vaxt müddətinin 10.000 saat olduğunu deyir. Bu araşdırmanı edən Ericsson və yoldaşları tək musiqi yox, digər sahələrdə də eyni zaman müddəti ilə qarşılaşdılar.

IMG_20211226_003948_935.jpg

Nevroloq Daniel Levitin "10.000 saat" qaydası haqqında fikrini belə ifadə etmişdir. Olduğu kimi yazacam, çünki bəzən tərcümə edərkən mənanı olduğu kimi qarşıya ötürəbilmədiyimi düşünürəm;)
📎Besteciler, basketbol oyuncuları, yazarlar, buz patencileri, piyanistler, satranç oyuncuları ve benzeri daha pek çok alanda ardı-ardına yapılan çalışmalarda bu sayı tekrar-tekrar ortaya çıkıyor. Hiçbir bilim insanı ve ya araştırmacı bundan daha kısa sürede dünya klasmanında bir uzmanlığa ulaşan kimseyle karşılaşmadı.

IMG_20211226_004934.jpg

Beləliklə deyə bilərik ki, 10.000 saat sizi müvəffəqiyyətlər əldə edə biləcəyiniz bir bacarığa sahib olmaq üçün çalışmalı olduğunuz zamandır. İndi qayıdaq əvvəldə qeyd etdiyim sözə. Həyatda bir yerlərə gəlmək, müvəffəqiyyət əldə etmək üçün yetenek yəni ki bacarığın olması təkbaşına bizə kömək edə bilməz. Əsas odur ki, hansı mövqedə olmaq istədiyimizə qərar verə bilib o istiqamətdə çalışa bilək. Bu haqda araşdırarkən Malcolm Gladwell "Çizginin dışındakiler" kitabını oxumağa qərar verdim. Oxuduqdan sonra sizlərlə də paylaşmaq istəyəcəyimə əminəm. Belə, dəyərli Steemit Azerbaijan ailəsi. Görüşəndək, oxuduğunuz üçün minnətdaram.

Sort:  

Elədi hər şeydən əvvəl məqsəddir və onun üçün bacarığın varsa nə əla sənə, qələminə sağlıq🌿

Və fikrinizə birində əlavə edim ki,
məqsəd hər şeydir, nəticə heç nə 🤗
Rəyiniz üçün təşəkkürlər🙏🏻

 3 years ago 

Çox gözəl, maraqlı post və məlumatdır. Amma şəxsi fikrimi də bildirmək istəyirəm...Məqsəd, istək və çalışmaqdan əlavə insanın mənim potensialı çox önəmlidir. İnsan varki, deyən kimi anlayır, insan da varki, nə qədər istəyirsən de xeyri yoxdur.Məncə bu da önəmli məqamdır. Yoxsa 10000 yoxe istərsən 1000000000 saata bu insanın beyninə yerit xeyri olan deyil.

Xoş gəlmisiniz, sizi sahalarda yenidən görmək nə gözəldir:) Əslində fikriniz doğrudur, bunun üçündə əvvəlcə bacaracağımız mövqeni seçmək lazımdır. Təşəkkürlər rəyiniz üçün, minnətdaram🙏🏻☺️

 3 years ago 

Tamamilə razıyam fikirlərlə, çalışmaq həmişə önə çıxarır bizi. Müəyyən şablon üzərində deyil ağılla ən yaxşı formada çalışmaq da var. Maraqlı post üçün təşəkkürlər, əla alınıb👍
Kitabı da səbirsizliklə gözləyirik🙂.

Çox sağol, mən də sənin fikirlərinə qatılıram.
Kitabı oxumaq üçün mən də səbirsizlənirəm, yəqin ki, semestr tətilində vaxtım olacaq🙏🏻☺️

 3 years ago 

Oxuduğum ən yaxşı postlardan biri . Qələminizə qüvvət

Çox sağolun, necə gözəl sözlərdir belə🤗