26 iyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələri günüdür! (100% beneficiaries for Steemit Azerbaijan)

in Steemit Azerbaijan☪✔2 years ago

Axşamınız xeyir.
Bu gün 26 iyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələri günüdür!
Bu məqsədlə Alpay bala ilə Sumqayıtın "Şəhidlər xiyabanı"na getdik.
Bu dəfəki dizaynı və səliqəni çox bəyəndim. Həqiqətən, 44 günlük Vətən müharibəsindən sonra çox şey dəyişib.

bfe38452-6a23-4f0f-a897-f8853d75d0dc.jpg

Doğrudur, gördüyümüz mənzərə kədərli idi. Şəhidlərin yaxlnlarının məzar başında ağlamaları, ataların qəmgin oturuşu, bəzi məzarlarda anaların fəryadı. Buna baxmayaraq, qalib vətənimizin belə oğullarının olması ilə fəxr edir, qürur duyuruq.

f07e2645-458a-40d0-8157-98aa48d74403.jpg

Alpay bala ilə məzarların yanından keçərək Qarabağ müharibələri haqqında qısa məlumat verdim, bəzi məsələləri yenidən xatırlatdım. Gənc yaşda ölən əsgərlərimizin şəhid olmasına birlikdə üzüldük. Nə qədər üzülsək də, ölməz qəhrəmanlarımız, rəşadətli ordumuz, əziz xatirələri daim qəlbimizdə yaşayan şəhidlərimizin yüksək səyi nəticəsində tarixi Zəfər əldə olundu, düşmən qabağımızda diz çökdü.

ac843bca-1733-4478-beaa-b8335e6ff139.jpg

afed88e2-79b7-461e-88b0-7790672a1eb1.jpg

Yaşasın Azərbaycan Ordusu! Yaşasın Azərbaycan xalqı! Qarabağ Azərbaycandır!

Coin Marketplace

STEEM 0.20
TRX 0.12
JST 0.028
BTC 66137.20
ETH 3543.37
USDT 1.00
SBD 2.56