#club100 🤗 // THE DİARY GAME Better Life. ||03.07.2022 🤗İmza günü (100% beneficiaries for Steemit Azerbaijan)

in Steemit Azerbaijan☪✔2 years ago

Salam dostlar! Necəsiniz?
Birbaşa mövzuma keçirəm)
Bookzone kitabevindən dəvət almışdım. Uşaqlarla geyinib-keçinib çıxdıq yola) Alpay bala yanımda olduğundan artıq uşaqlarla yol almaq vərdişə çevrildi, həm də əyləncəyə)

87b52fec-5412-4de3-8db8-f7546bea546c.jpg

Evdə qərarlaşdırmışdıq ki, bu dəfə Bakıya qatarla gedəcəyik. Çünki elə Bookzone də 28 mayda yerləşir. Səhər qaçhaqaçdan evdən tez çıxmaq alınmadı. Ona görə də qatara yetişmədik. Məcbur olub marşrutla 20 yanvara gəldik. Oradan da metro ilə 28 maya. Heydər Əliyev sarayının qarşısında gözlədik.

0a025586-e071-44b1-a775-2f6c34dbaea7.jpg

Bir neçə dəqiqədən sonra Bookzone elemanı, dəhərli Günel Kamal xanıma zəng etdik. Məgərsə onun da əlində işi varmış, telefona həmin anda baxa bilməyib. Dedik, o zaman dosta zəng) Əziz və dəyərli qardaş kimi qardaş Elnura zəng etdik. o bizi qəşəngcənə yönləndirdi, gəlib çıxdıq düz BookZone kitabevinin qarşısına.

ec5cbb99-c852-4225-9212-743066e82445.jpg

Giriş darısqal olsa da, pilləkənlərlə yuxarı qalxıb otaqlara daxil olanda qarşımızda gözəl mənzərə açıldı. Qəşəng və səliqəli şəkildə düzülmüş kitablarla dolu iki otaq. Otaqların arasında qapıya bənzər keçid var. Yazıçı üçün belə mənzərədən gözəl nə ola bilərdi?) Təbii ki, o dəqiqə atmosferə daxil oldum) Və məni ilk qarşılayan masanın üstünə düzülmüş kitablarım oldu.

4b89c78e-2401-4cb4-9cc6-a7073e7a1150.jpg

İmza günün çox reklam etmədiyimiz üçün (yerin az olması səbəbindən elanı cəmi bir dəfə paylaşmışdıq) oxucuların az sayda gələcəyini dəqiq bilirdik. Otağa daxil olanda artıq bir oxucu xanım öz qızı ilə gəlib gözləyirdilər. Mənə yaxınlaşıb kim olduqlarını bildirdilər və beş dəqiqəlik söhbətdən sonra kitab imzalanması, fotolar çəkilməsi mərhələsinə küçdilər) Elə bilirdilər çox insan gələcək, birdən onlara növbə çatmaz)

291231152_3277806812461476_5023128871500116380_n.jpg

290329917_3277806735794817_4830060614278122581_n.jpg

Sonra oxucular yavaş-yavaş gəlməyə başladılar. Fidan xanım və qızı Mehriban xanımdan sonra Firudin bəy təşrif buyurdu. Ardından Elnur bəy. Daha sonra isə illərin sadiq oxucusu, btün kitablarımın rəycisi Fatma xanım.

197a65d4-4a8d-4a4e-8717-3f2d180c4842.jpg

Elə bir ortam yarandı ki, tam səmimi atmosferdə hiss elədik özümüzü. Çəkinən yox, ehtiyat edən yox, hər kəs özü kimi davranmağa başladı. və bu atmosferdən zövq aldım.

BookZoneni çəkib-çevirən əziz Günel Kamal oxuculardan fürsət tapanda mənə yaxınlaşır, bir-iki şey danışıb yenidən çəkilir ki, oxuculara da pay qalsın)

4897b6ea-d011-4227-88dd-4989704b8ab1.jpg

Bəs bu dəm Alpay bala ilə kuzenləri nə edirdilər?)

Onlar əvvəlcə imza otağında əyləşdilər. Sonra internet tapan kimi o biri otağa keçib gözümün önündən kayboldular)
Daha sonra tədbirin sonunda eşitdim ki, onlara tost və meyvə suyu təklif olunub, bunlar da sifariş sifariş dalınca) Alpay ola, təklifə yox deyə)

e4760d92-720f-4a82-b854-e8c004a6dbc2.jpg

efa21add-4c8f-4772-a3c3-1bbc2baa92ea.jpg

013e2d84-7e8f-4376-8be3-d487d15c36bc.jpg

Daha sonra oxucular üçün "Yaradıcılıq və şüursuzluq. Yaradıcılıq və psixoanaliz" mövzusunda çıxış etdim. Yazıçı Amin Sükut maraqlı suallar verdi. Bir az da həmin suallar ətrafında danışdıq.

imza.png

Bir qədər sonra qrup yoldaşım Vüsalə xanımın ailəsi təşrif buyurdu. Vüsalənin bir tədbirə qatıldığını, özü gələ bilməsə də, ailəsini göndərdiyini bildirdilər. Çox xoş bir jest idi. Onlarla da kitablardan birini alıb, xatirə fotosu çəkdirdilər.

e9d5a8ba-4bbe-4f30-8230-e8d3c430a5f1.jpg

Gələnlərin arasında həm də qələm dostlarımı görəndə daha çox sevindim. Uşaq yazıçılarından Nurlana xanım da gəlmişdi. Gəlməklə yetinməyib Alpay bala ilə bizi evlərinə qonaq da çağırdı) Yaxın günlərdə yenə görüşəcəyik.

e61dea78-74a0-4b9b-9aef-1f72b6ef177b.jpg

Əziz Firudin bəy də gəlmişdi. Həmişəki aristokratlığı və sadəliyi ilə.

c0f4e440-93f5-4f8f-9837-c78b102ca7d9.jpg

Sonra hamımızı təəccübləndirən bir şey oldu. Tədbirin sonuna yaxın Biləsuvarda yaşayan oxucularımdan biri özünü rayondan çatdırdı. Elə kövrəldim ki) Bu qədər yolu mənə görə gələn oxucum varmış)

7a508a97-5aaf-4442-b41e-931ae4264ac1.jpg

Zəbərcəd xanım yaradıcılığımla tələbə bacısı vasitəsilə tanış olub. Sev və İnan kitabı onda böyük iz buraxıb, hətta dəyişməsinə səbəb olub. Ardından isə "Qadının üç yaş dövrü" romanını oxuyaraq onu da bəyənib.

a861397d-5b01-493e-a396-b64a5a7c22ee.jpg

4247842c-0e5a-4c38-860d-27e1bddfa296.jpg

Tədbirin sonunda işi olub tez getməyən oxucularla xatirə fotosu çəkdirdik. Başdakı foto.

Oxucular dağılışdıqdan sonra tədbirə gecikən psixoloq Samir bəy də gəlib çıxdı. O zaman biz Bookzone ayrıcalığı olan çay süfrəsi arxasındaydıq. yarım saata qədər mehriban söhbət edib, yolçu yolda gərək deyərək tərpəndik)

d65328d6-2d86-4eb8-bdac-e345d5231543.jpg

Çıxanda kitablarımla xəyali olaraq sağollaşdım)

37ca9915-f644-4c94-a533-7f8e9f815f3f.jpg

Bookzonedən çıxıb tələs-pələs qatara yetişməyə çalışdıq. Dəyərli Firudin bəy bizi müşayiət etdi, yolu göstərdi. Vağzala çatıb bilet alanda konduktor bizi daha da tələsdirdi, dedi, bir dəqiqəniz var, o ki var qaçın))) Necə qaçdıqsa, Firudin bəyin sağollaşması ağzında qaldı)
Amma qatara yetişə bildik)

50 dəqiqəlik yolu uşaqlarla əyləncəli keçirməyə çalışdıq) Qulağıma gül-zad taxdılar)

75db499e-e03c-4d1b-a7cb-2831ce43437d.jpg

Evə çatanda heyim qalmamışdı. Elə uşaqların da yorulmasından başa düşdüm ki, səhər 9-da evdən çıxıb 6-da evə qayıtmaq mütləq hər kəsi yorar)

Sonra da bədənimiz avtomatik dincəlmə moduna keçdi) Şəkillərimizi bölüşdük. GƏləcək planlarları messenger və vatsap tətbizi üzərindən danışdıq və yıxılıb yatdıq)

P.S. Kuratorlar bu psotuma da elə-belə baxsalar, day heş zad)

Sort:  

Congratulations your post has been upvoted by the diligent team of seven, with a 50% vote percentage. we support quality posts by using @steemcurator06 . Keep using the tags #thediarygame and #country , when you write this theme Post.

feedback :A place that book lovers love so much, best regards to you.
Note : Keep improving the quality of your posts, so you have a chance to become one of the 7 best weekly posts

Curated by @fantvwiki, July 05, 2022 .

 2 years ago 

Thank you 🤗