#club100 🤗 // THE DİARY GAME Better Life. ||19.06.2022 🤗 Orta məktəbimi ziyarət (100% beneficiaries for Steemit Azerbaijan)

in Steemit Azerbaijan☪✔2 years ago

41e49620-880f-418f-bfab-d51c2a93ccc9.jpg

Xoş gördük, qrup əhli! Necəsiniz?
Qrupumuzda yarışmalardan dolayı olan canlanmaya görə hamımızı təbrik edirəm)
Bu gün orta məktəbimizi ziyarət etmək keçdi könlümdən. Dedim, gedim həm nostalji yaşayım, həm də Steemit üçün qazanc edək)
Kuzenlerimizi də vurduq qoltuğumuza Alpayla düzəldik yola) Ukraynadakı qardaşlarım bu ekibə məşhur "İtalyan mafiyası" adını verdilər bu yaxında)

6d67d9ef-c208-4ceb-a13d-138ebe6bfe54.jpg

Əvvəlcə bağlardan caddəyə çıxıb 7 nömrə avtobusa mindik. Sonra gəlib çıxdıq düz 10-cu mikrorayona, mənim ilk dəfə orta məktəbə getdiyim məhəlləyə.

af57d3b4-0ea3-4cf5-b1e8-c99d916f5b7c.jpg

Orta məktəbimizi tapdıq, məktəbin həyətinə daxil olanda qəribə bir kövrəklik hissi bütün varlığımı sarıdı. Nədə olmasa, tam 11 ilim bu məkanda keçmişdi axı)

8824b801-310f-4211-8ea3-dad752782e4c.jpg

aef07da4-0e07-46ae-bfc5-ca9d0265cb38.jpg

Sonra məktəbin içərisini gəzmək üçün içəriyə keçib izacə almağa qərar verdik.

478b77e9-d040-4ea6-ab47-af2297d1a012.jpg

Qapıda oturan xanımı məsələdən ahag edəndə, qayıtdı ki, azca gözləyin, direktora deməliyəm) Dedim, əşi, narahat olmaginən, adi ziyarətdir də. Nə isə, getdi direktorun yanına, qayıdanda dedi ki, buyurub gəzə bilərsiniz)

1504e046-73e4-44e8-8764-25a35dde52b7.jpg

Başladıq doğma şəhərimin doğma məktəbinin mərtəbələrini və siniflərini gəzməyə)

a54f2794-cba6-42db-bcee-f4a1d97afb61.jpg

Məktəb boş deyildi. Müəllimlər, uşaqlar, digər işçilər çox idilər. Görünür, hələ tam olaraq istirahətə çıxmamışdılar. Ona görə də bizə qəribə-qəribə baxır, hələ fotolar çəkməyimdən ciddi narahatlıq keçirirdilər) Nə bilsinlər, Ceylanın kafasında Steemit-Azərbaycan)

b63e218f-ad34-45a2-bd19-1160e205422d.jpg

17756cac-7bf4-4b7e-b3d2-1e87c050450f.jpg

Təsəvvür edin, 24 nömrəli orta məktəbimi necə qoyub getmişəmsə, elə də qalıb)

a6064a18-b714-4021-be09-19d2e29d1139.jpg

Köklü dəyişikliklər görə bilmədim. Kosmetik təmirlə bu günə qədər yola veriblər. Sovet dövrünün qoxusu hələ də məktəbin üstündədir.

85da495f-092b-4255-8ad7-0dcb8470d02f.jpg

Yuxarı mərtəbələrə qalxdıq, 3-cü mərtədəbədə rus dili kabinetimizi görəndə daha da kövrəldim. Bir qəşəng müəlliməmiz vardı, Maya adında. Bakıdan gəlirdi. Onun dərsində uşaqlarımız həmişə səs-küy salırdılar, gənc müəlliməni pərişan edirdilər. Mən isə onun Puşkin haqqındakı dərslərinə vurulmuşdum) Maya müəllimə Puşkindən şeir oxuyur, mən də sol tərəfimizdəki pəncərədən xəfif mehin yellətdiyi ağac yarpaqlarını seyr edib bilaixtiyar transa keçirdim)

2d444531-b411-4d6d-95bd-c9701ecd8ac8.jpg

11b140d9-31f4-48fb-8643-9c7874e9ee47.jpg

Qapının gününü gördünüz də, eyni qalıb)
Yuxarı mərtəbələri ziyarətdən sonra endik aşağı, dedim, idman zalına da baxım. Sovet dövründə orada çox zaman keçirmişik. Akademik dərslərdən sıxılanda bu zalda xeyli oynamışıq, topla, halqa ilə, müxtəlif idman alətləri ilə.

3a532d68-b269-431d-b28b-7a93564d4a2d.jpg

Dediyim kimi, məktəbdə demək olar, heç nə dəyişməmişdi. Dəyişən tək şey nə qədər kədərli də olsa, şəhid otaqlarının artması idi.

c92f7377-f168-4796-8b2a-d842c8c44a66.jpg

Mən hələ cəmi bir məktəbi gəzdim, təxmin edirəm, ölkədə bütün məktəblərdə şəhid otaqları yəqin ki, çoxdur. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Qanları azad Azərbaycan yoluna daima işıq salsın.
Məktəbdən çıxanda qapıdakı xanıma təşəkkür etdik, adımızdan çölə çıxmayan direktora da təşəkkürümüzü çatdır dedik)
Həyətdən xatirə fotosu çəkdirib düzəldik yola)

455be744-8f06-4d74-94f2-bfb8d234658f.jpg

Bu yerdə postumuzun birinci seriyası başa çatdı) İkinci seriya üçün bizi izləməyə davam edin)

Evə qayıtdıq, sonra gündəlik işlərimiz. Qohum-əqrəba ilə görüşlər davam etdi. Alpay bala başçada azadlığının kefini çıxardı. Su şlanqı ilə ətrafı gölməçəyə çevirdi, beli alına alıb anamın göyərti ləkində dərin bir çuxur qazdı, sonra da dedi ki, çukuru kazan kendisi düşer) Esprili oğluşum benim)
Beləcə, günümüz başa çatdı. Yıxılıb yatışdıq)
to be continued)

Photo by @ceylanmumoglu

Coin Marketplace

STEEM 0.27
TRX 0.11
JST 0.030
BTC 67692.69
ETH 3797.88
USDT 1.00
SBD 3.51