Müstəqil deyilsənsə, yoxsan!
Xoş gördük, @SteemitAzerbaijan☪✔ -nın yaradıcı kollektivi!
Azadlıq elə nemətdir ki, sənin var olma səbəbinlə birbaşa bağlıdır.
Qədim yunan filosofu Epiktet yazmışdı ki, özü özünün sahibi olmayan insan azad deyil! Bu fikir ölkə üçün də keçərlidir. Müstəqil ölkən yoxdursa, azadlığın da yoxdur.
Müstəqilliyə gedən yol nə zaman rahat olub ki? Hansı dövləti nümunə göstərə bilərik ki, öz azadlığına qan tökmədən nail olsun? O cümlədən də bizim diyar - Odlar yurdu Azərbaycan! Yüz illər boyu doğma diyarımızın həm şimalında, həm də cənubunda azadlıq uğrunda qanlı mübarizələr və savaşlar gedib. Cənub hissəmiz qələbəyə nail ola bilməsə də, şimal ərazilərimiz Allaha şükürlər olsun ki, müstəqilliyinə qovuşub.
Yaxın tariximizə baxsaq, 1987-ci ildən başlayan bədnam qonşularımızın əsassız torpaq iddiaları, milli azadlıq hərəkatı, Sovet imperiyasının dağılması və ölkəmizdə törətdiyi cinayəti, Xocalı qətliamı, Dağlıq Qarabağ rayonlarımızın işğalı - hamısı haqqımızı tələb qarşısında başımıza gələn faciələr idi. Alman filosofi Nitsşe doğru demişdi, "Haqq verilmir, alınır!"
Odur ki, haqqa qovuşmaq üçün, haqqımız olan müstəqilliyi qazanmaq üçün qanımız-canımız bahasına mübarizə apardıq, bu şirin neməti əldə etdik və ən çətin məsələ onu qoruyub saxlamaq üçün də mücadilə etdik.
Və budur, artıq Azərbaycanımızın ağrılı-acılı günləri geridə qalıb. Artıq mənfur qonşumuz bizim üçün ciddi problem səviyyəsində deyil. İkinci Qarabağ müharibəsi Azərbaycanın yaralı durumundan sağlam duruma gətirməklə yanaşı, həm də digər dövlətlər arasında güclü iradəsini ortaya qoydu.
Bəli! Artıq zəif, köməksiz, gücsüz dövlətlər sırasında deyilik! Artıq Poaldlarımız, Mübarizlərimiz, Cəbrayıllarımız, Xudayarlarımız var. Necə ki, keçmiş zamanlarda da Koroğlularımız, Babəklərimiz, Qaçaq Nəbilərimiz vardı. İndi də var və yenə də var olacaq! Çünki, "Torpaq - əgər, uğrunda ölən varsa Vətəndir!"
Müstəqillik günümüz mübarək!
Sorry for this comment, please ignore it since it was not me, a hacker took over my account, and it just recovered
#club5050
#worldsmileproject50pc
Bayrağımızın gözəlliyinə baxın
Elədir. Gözəldir 😊🇦🇿
MAŞALLAH olsun. 🤲 Dəqiqlik, düzgünlük və şəffaflıq da budur.👍
Təşəkkür edirəm. Var olun! Amin 🤲
Buyurun. Xoşdur. Sizinlə bahəm. AMİN🤲
Bu xalqın içində çox Xudayarlar var olub olacaqda çünki bu xalqın qanında var Məsələ Vətən olanda Ana Balasından vaz keçəcək qədər Vətənə bağlıdı .bu Xalqın oğulları Fəhləlik edər ama məsələ Vətən müdafiyəsi olanda Bir Əsgər Bir Qəhrəman olacaq qədər fədakardı
Elədir. Vətən onların dönməzliyinə görə ayaqdadır.
Əlbətdə ama əfsuslar çox incidilir qürurlu gənclər çoxxxx . Sanki bilərəkdən edir biriləri küssünlər bu Vətənə baş alıb getsinlər deye Gəncliyi məhv etmək ölkəni məhv etmək deməkdi
😔😞