### Salam dostlar.
Maşaallah bu günun havası adamı lap çaşbas salıb. Ana təbiət elə bil qış yuxusuna getməyib. Havanın bu cür getməsi adamı şübhəyə salır. Qorxuram bu havanın dalınca daha sərt soyuqlar başlaya. Xoş keçən havada heyvanlar da özlərini yaxşı hiss edirlər. Bayaqdan müşahidə edirəm itimiz Lessi həyətdə bayaqdan var gəl edir. Bir yerdə dinc dayanmır.
Havalar soyuyanda yazıq cəkilir bir tərəfə büzüşüb yatır. Sözün açığı payiz -qış ayları heç vaxt ürəyimcə olmayib. Uşaqlıqdan heç sevməmisəm. Nə isə Allah axırını xeyir eləsin.