Səhər idmanı.
####Salam dostlar. Hər vaxtınız xeyirli, uğurlu olsun. Bu gün səhər tezdən velodostum Məhəbbət müəllimlə nə az nə çox 41.5 km sürdük. Havanın xoş keçməsi lap əsl yürüş havası idi. Doğrusu çox uzaqlara getməyi planlasdırmadıq. Çünki getmək bir ayıb , qayıtmaq bir ayıb desəm yanılmaram.
Sonra bulvarda tikilən yeni ASAN XİDMƏTİN qarşısında şəkil çəkdirmək fikrinə duşduk. İlk öncə Qarabağ Azərbaycandır tablosunun qarşısında şəkil çəkdirdik.
Daha sonra mərkəzin qarşısında tək-tək şəkil çəkdirdikdən sonra yenə yolumuza davam etdik.
Nəhayət bu günə olan məşqimizi başa vurduq. Diqqətinizə görə minnətdaram. Di salamat qalın dostlar.