The Diary Game -Better Life Season 3 - 14.09.2021 Qəmərvan

in Steemit Azerbaijan☪✔3 years ago

Bu gün sizlərə Azərbaycanın ən gəzməli və görməli rayonlarından biri olan Qəbələ rayonunun Qəmərvan kəndindən umumi məlumat verəcəm və ordan çəkdiyim şəkilləri sizlərlə paylaşacam.

IMG_20210914_004605_021.jpg

Demək Qəbələ Azərbaycanın ən gözəl yerlərindən biri olduğu kimi Qəmərvanda Qəbələnin ən görməli yerlərindən biridir.

IMG_20210914_004558_751.jpg

Qəmərvan Azərbaycanla Dağıstan sərhəddində yerləşən dağlıq kəntdir. Kənd əhali əsasən ləzgilərdən ibarətdir. İnsanların məşğuliyyəti təsərrüfat və mal-qaradır.
Qəmərvan kəndi mən deyərdimki Qəbələdə ən soyuq kəntdir. Digər kəntlərlə müqayisə etsək yağıntılar daha çox olur burda.Sentyabr ayı olmasına baxmayaraq soyuq özünü indidən hiss elətdirir. Mən dostlarla bir neçə gün əvvəl istirahət etmək üçün gəldim Qəmərvana.

IMG_20210914_004511_380.jpg

Bununla bağlı xırda bir postda paylaşmışdım. Gözəl gün idi. Buranın havası həddindən artıq təmizdir. Həmçinin sularıda çox təmiz və müalicəvidir.
Və hər zamankı kimi Yusifdə bizimlə birlikdəydi. Xatirə şəkli çəkdik. Biraz daha fərqli oldu bu dəfə. Ama bəyəndim mən.

IMG_20210914_004521_178.jpg

Özümüzlə somavarda götürmüşdük. Hava soyuq idi. Çay lap yerinə düşdü. 3 nəfərə yarım saat içində 1 somavar çay içdik.

IMG_20210914_004523_713.jpg

Yadda qalan bir gün oldu. Hərdən lazımdır özümüzə vaxt ayırmaq . Xüsusiylədə Qəmərvan kimi sakit,dinc, təmiz havası olan bir yerdə, bütün problemlərdən,işdən uzaq. Ruhun arınması kimi.

Hər birinizə xoş günlər və xoş istirahətlər etməyi arzu edirəm.
Zəhmət çəkib,dəyərli vaxtınızı ayırıb bura kimi oxuduğunuz üçün təşəkkür edirəm.

CC @steemcurator01

Sort:  
 3 years ago 

3-4 dəfə getdim ora 5 saat çaydan çıxmadım zor yerdi

 3 years ago 

Hə əladı

It's so good that your post I like it with the style of the post you have because it's full of handsome guys.
Thank you to my true friend. 👍

 3 years ago 

Thank you friend)

 3 years ago 

super yerdi ama gedende samavarsız getmiyəsən.Birdə əynivizə birşey götürün.Biz kəntdə olanda hava istidi deyə 2 lt kola aldığ,2ədəd ama orda soyuğdan içə bilmədik getmedi.

 3 years ago 

Eyniylə

Qəbələnin hesabına nə qədər post paylaşmısan ha, Miri. Gərək vergi verəsən))

 3 years ago 

Hələ tezdi. bir iki ilə oda olacaq)