İftarlıq qazoz və üçqulaq paxlava

in Steemit Azerbaijan☪✔3 years ago

İnsan həyatı döngələrdən, dolanbaclardan ibarətdir. Enişlərdən, yüksəlişlərdən. Öz həyat təcrübəmə əsaslanıb deyirəm ki, əslində heç nəyi qabaqcadan planlaşdırmaq doğru deyil. Bir insanla, bir kitabla, bir filmlə, bir rəsm əsəri, bir hadisə ilə rastlaşmaq bir anın içində həyat fəlsəfəni alt üst edər, səndən yepyeni bir insan düzəldər. Təbiətən həssas adamam. Rastlaşdığım, təmasda olduğum hər şey şüuraltında toplanıb qalır, zaman zaman özünü xatırladır. Həmçinin əşyalar. Məsələn, isti yay günündə bir qazlı su içmək istəsəm, 4 il öncə baxdığım " İftarlıq qazoz" filmi yadıma düşür. İftarlıq demişkən, hanı o eski ramazanlar?) Həqiqətən eskidə qalan ramazanlar. Biz tərəfin uşaqları ramazanı dolma bayramı adlandırır. Üstəgəl üçqulaq paxlava ilə şorqoğalı bayramı. İftarlıq qazozdan üçqulaq paxlavaya gəlib çıxdıq:)
Axşam elə o üçqulaq paxlavadan qızardıb, kəkotulu çay dəmləyib " İftarlıq qazoz" a bir də baxacam. Sizə də tövsiyə edirəm😊
Screenshot_20210521_165111.jpg

Sort:  

Afiyet olsun :) bir gün ortak yemeklerinizi konuşalım :)

Bunu mutlaka yapalım)

 3 years ago 

O filmin bir tarixi var, hələ də özümü bağışlaya bilmirəm, amma üçqulaq üçün darıxdım.

Kəndinə gəl

Nuş olsun. Bunun reseptini də paylaşın bir gün

Bir gün bunu paylaşacam😊

Elerve sagliq