You are viewing a single comment's thread from:

RE: #club5050 || The diary game: 14.11.2021 Psixoloji test (8)

in Steemit Azerbaijan☪✔3 years ago

Bəzi yalanlar varki, insanı gerçəkliyə sürükləyir. Sizin bu fikirlərinizə mən də qoşuluram. Hərdən olur Dostlarımla söhbətlərdə vəya öz-özümə çorta gedəndə belə bir fikir beynimdə formalaşır : Həyat, yaşam və bir çox adət- ənənələr, bayramlar çox sıxıcı, mənasız, dadsız bir yemək kimi görsənir. Bilmirəm yaş ötdükcə insan həyatı daha dərin dərk etməyə başlayır ya ondandı, yada pozitiv həyatın nəbzini hələ də tuta bilməmişəm... Şəkillərdə seçimim 6-dır. Bir çox Psixoloji məsləhətlərdən eşitdiyimə, oxuduğuma görə insan neqativ fikirlərdən yayınması üçün heyvanlara da sevgi göstərməlidir. O təcrübəni öz üzərimdə aparmışam. Həqiqətən elədir. Ona görə də 6 cavabımda fikrimi qətiləşdirirəm.

Sort:  
 3 years ago 

Təkrar xoş gəldiniz, Orxan bəy. Həmişə siz gələsiniz. :)

Altı - Cazibədar və optimist xəyalpərəst - Deyirlər ki, tez-tez buludlarda olursunuz. Sən beləsən, öz düşüncələrinin arxasınca qaçırsan. .təxəyyülünüzü yaşayırsınız və sanki başqa qalaktikada yaşayırsınız kimi davranırsınız. Bunu hamı başa düşmür və qəbul etmir. İnsanlar başa düşmürlər ki, ətrafda çox pis şeylər baş verəndə gülümsəməyə davam edə bilərsiniz. Bəlkə buna görə uşaqlarla çox yaxşı anlaşırsan..

 3 years ago 

Düz sözə nə deyəsən?🤔😊 Bravo 👏👏👏 Dəyərli Müdrik Qadın Psixoloqumuz əziyyətinizə cavab olaraq minnətdaram. ALLAH razı olsun. AMİN İNŞƏƏALLAH🤲

 3 years ago 

Allah cümləmizdən razı olsun. Amin 🤲

 3 years ago 

🤲