💚💙💜Club100🦾✔ || THE DIARY GAME Better Life.|| Steemit Oliqarxları bir arada. Bir könül sındırmışam. 19.05.2022. (100% beneficiaries for Steemit Azerbaijan)

in Steemit Azerbaijan☪✔2 years ago

Salam dostlar, nətərsüz? İşlər necə gedir? Dünən yenə Steemit Azerbaijanın köhnələri bir araya yığışmışdı. Bəndəniz mən, @isa545 @yusif79. İsa əminin bir qonaqlıq borcu vardı, onu yerinə yetirirdi. Borc ee özdə :) Ayaqqabım cırılana qədər qonaqlıqları boynuna qoymuşam. Nənəm demiş qonaqlıq yaxşı şeydir, bir gün sizdə, bir gün bizdə. İndi bir gün İsa bezib bu sözü deyənə qədər davam edəcəyik. Əlac yoxdur. Yusifə zəng etdim ki, yemək yemisənsə maniken qızlar kimi qaytar gəl, "yeyif işmax" var. Biz çatana Yusif hadisə yerində idi, "qa və qu", lələk yandırma söhbtlərini havada tutur. Elə gic-gic postlar yazmağına baxmayın. Düzdü qonaqlığın bir test məqsədi daşıdığını üstü örütlü anlatmaq istəyəcəm. Hələ o yerə çox var.

20220519_145846.jpg

Açığı foto çəkdirmək yemək yeyəndən sonra yadımıza düşdü. Qarın qardaşdan irəlidir. Gələk söhbətin maraqlı yerinə, Yusifə dedik sən qabırğa kababı yeyirsən ya tikə? Qayıdasan ki, mən toyuq kababı yeyəcəm. Qursağı yağ götürməmək buna deyirlər e.

Uzun sözün qısası yedik içdik, səbəbkarın sağlığına badələr qalxdı, Yusif bir-iki kəlmə sağlıq dedi, "pis günümüz belə olsun" zad.

Məni təcili işə çatdırmaq lazım idi, oturduq Yusifin adını "pis taksi" qoyduğumuz Mercedesinə. İsa ilə mən bilirik ki, Yusifin çox zövqlü mahnıları olur, oturan kimi musiqi "polnu xod". "Divanə aşiqəm mən", söz də tam aydın olmur, divarə aşiqəm kimi eşidilirdi.

İsa çox sakit danışan adamdı, buna sakitcə dedi ki, Yusif, bizi Sumqayıtda az-çox adam tanıyır, sənin maşınından düşəndə bilmirik nə edək, hara qaçaq. Bu mahnılara görə bizi şəhərdən qovacaqlar.

Və kor peşman axşama da çay süfrəsində görüş təyin etdik. Görüş yeri də dəyişilmir, Xan Çinar, Taloşon restoranı.

20220519_223839.jpg

20220519_220846.jpg

Qonaqlar gələnə qədər foto çəkib vaxt öldürdüm. Yusif gəldi və adamın qanını qaraltdım, qəlbini qırdım. Üzü gülsün nurlu düşsün deyə fotosunu bu cür çəkdim.

20220519_210620.jpg

Bu postu yazıb burdan Yusifə deyirəm ki, ətini yesəm də sümüyünü atmaram.
O mahnı gəlsin.

video link

Üçlü bir fotodan sonra dağlışdıq. Bir könül sındırmışam))

20220519_220827.jpg

Beləcə bir günümüzü də yola verdik. Gedib başımızı atıb yatdıq. Ən azından mən yatdım.

Yazını oxuyanlara təşəkkürlər.

steem alın, bizimlə qalın

Photo by @revan746

#club100 #thediarygame #steemexclusive #betterlife #lifestyle #steemitazerbaijan #tr

Sort:  
 2 years ago 

Ehh mən sənin ritmivi tuta bilmirəmdə.🎶🎶🎶🎶🙇Bidənə deyə bilərəmk,arada nemesdiyin tutur.Elə bil ki,Düşmanların içində dustaqsan.

 2 years ago 

Anlamadım ee, siz bir gündə iki dəfə yeyib - içmisiz?)

 2 years ago 

Günorta yaxşı oldu, axşam gözündən gətirdim Yusifin))

 2 years ago 

Belə olur ki camahatın arasına "pıça- pıç" düşür dəə. Axırda deyəcəklər ki " yuxarda oturanlar yeyib talayır bu communtini")).

 2 years ago 

Bizdə hər şey şəffafdır, göz qabağındadır. Rivizorlar yoxlaya bilər.

 2 years ago 

Arkadaşlarla geçen hoş bir gün olmuş 🙏

 2 years ago 

Desteklerin için teşekkürler.

Congratulations!

Your quality content qualifies the Steem Global Curators guidelines.

PicsArt_05-07-08.12.13.jpg

Your post is upvoted using @steemcurator06 account by @baycan. Continue making quality content for more support.

 2 years ago 

Thanks

Coin Marketplace

STEEM 0.30
TRX 0.12
JST 0.033
BTC 64386.10
ETH 3142.17
USDT 1.00
SBD 3.98