The Diary Game -Better Life Season 3 - 18.09.2021. Söz soxmağın faydaları. İkinci addım
Bir gün gecənin yarı,
Yar gəldi mənə sarı,
Boynundakı mirvari
Gözlərimi qamaşdırdı.
Mahnının o yerində "Cəlilabadlı Fərid prodakşn təqdim edir" səslənir, adam diksinir.
Yazmaq istədiyim bu hissələr "azərbaycanlı olduğunu demədən göstərməkdir".
İki aşiq, iki divanə
Onların eşqi sanki əfsanə.
Bunu da "neftçalalı Asif prodakşn təqdim edir".
Harda, hansısa mahnının içərisində prodakşnlar nəyisə təqdim edirsə, anlayın ki, bu qara kurtkalı gedələr "azərbaycanlı olduğunu demədən göstərməyə çalışanlardı".
Və mən də mənfi notlara köklənirəm. Bu ölkədə iki rəng var, ağ və qara.
"Bərdəli Nihad, daşkəsənli Şakir, cəlilabadlı Fərid və bir sürü it."
Hərdən hər şeydən qaçıb musiqiyə sığınırıq, onda da gəlib ağzımızı tikirsiz. Süleymanlar, tüleymanlar. Əclaflar.
Bu gün Bakını ağ və qara görürəm. İki rəngdən ibarətdir Bakı.
İslanmışam mən onsuz da havanın nə fərqi var?
Bir gün yağar yağışlar, bir yağar dolu, qar...
Hava özü bilər.
Sizlər bu cür görürsüz, mən isə ağ və qara.
Taley Yüzbəyovun "Parklar və parkdakılar" youtube filmi gəlib durur adamın gözünün qarşısında.
Görəsən, səhərin 5-də insanlar niyə parka gəlir? Cavab tapacaqsız.
Xırda-xırda yaşayırıq nə edək? Musiqimiz və prodakşnlar ilə çiyin-çiyinə.
Və günləri boşa veririk gedir. Siz siz olun parklara tezdən gəlmiyin, axşamlar gəlin. Müşahidələr qocaldır adamı. Tiktokerlərin yaradıcılığı ət tökür.
Adam ölüb yerə girir. Bu heykəl deyil, bizlərdən biridir, ölüb yerə girib.
Gül çiçəyin fəlsəfə ilə qarışığı.
İzlədiyiniz üçün təşəkkürlər. @revan746







Bro baxış tərzivi dəyiş. Onda ətrafı rəngarəng görə bilərsən. Yada Z.Əliyeva adına göz klinikasına get. Linzalarında problem var. Ola bilsin kraskaları bitib. Zapravka elə😉
Prodakşnların başını burax. Sən hələ Elza Seyidcahanın "şerlərini" dinləsən Gözlərin SUPER AMOLED GÖRƏCƏK
Sayqılar Ustad. Bu cür yazıya və şəkli şəmalına şapqa çıxardılar ancaq... 👏👏👏 və sükut
İmage
🤣🤣🤣🤣🤣. Lap mollanın lətifəsi yadıma düşdü.
o mənim olmalıdır hamı bilsin)
Heykəl doğurdan yerə girib🤣🤣