Ah bu bir çox insanın düşmən kəsildiyi səhər yeməyi 😊

in Steemit Azerbaijan☪✔3 years ago (edited)

Mən, səhər yeməyinin möcüzəvi gücünə inananlardanam və fikrimcə, səhər yeməyi layiqincə yeyilməlidir😄
Elə bilməyin ki, ancaq yemək yemə qismindən danışıram. Səhər yeməyini hazırlama prosesinin özü belə əhvalımı qaldırır😌

D08A3D1C-610C-44C5-991B-3E56149561A2.jpeg

Aparılan araşdırmalara görə, səhər yeməyini mümtəzəm qaydada yeyən insanlar gün ərzində daha enerjili olurlar. Eyni zamanda, səhər yeməyinin beyin fəaliyyətini gücləndirdiyi də müşahidə edilmişdir.
Vəə ən əsası, səhər yeməyi metabolizmanın işini sürətləndirir. Bu o deməkdir ki, arıqlamağa və formada qalmağa da kömək edir.

0E4640E4-ABB4-47F6-89D0-5C1BB2310DFA.jpeg
Mənə görə, səhər boşqabı göz oxşamalıdır, onun üçün də çalışıram həmişə rəngarəng olsun.
Bəs səhər nə yeyilməlidir və ya nə yeyilməməlidir? Ümumiyyətlə, çörək və digər karbohidratları səhər yeməyində istehlak etmək məsləhətdir ki, gün içində həzm prosesinə yetəri qədər vaxt olsun. Bunun yanı sıra, səhər yeməyində şirin məhsulların əvəzinə, protein yükü çox olan qidalar (pendir, omlet, zeytun və s) və liflə bol olan tərəvəzlər (ispanaq, xiyar, pomidor və s) yemək həm gün ərzində tox tutur, həm də enerji verir.
Mən, günün yerdə qalan hissəsində şirniyyay istəyimi azaltmaq üçün səhər 2 kiçik dilim südsüz qara şokolad, bəzən tahin bəkməz qarışığı, keçiboynuzu əzməsi yeyirəm və işə yarayır😊
Günəbaxan və balqabaq tumlarını da səhər yeməyində tükətmək daha məsləhətlidir.

Sort:  
 3 years ago 

Rəsimlər göz oxşayır. Sona xanım tağlardan istifadə edin.
Məsələn:

Screenshot_2021-09-25-19-51-43-302_com.android.chrome.jpg

Screenshot_2021-09-25-19-52-17-631_com.android.chrome.jpg

Məsləhət üçün çox sağ ol, Rəcəb 🤚

 3 years ago 

Xoşdu

Coin Marketplace

STEEM 0.20
TRX 0.12
JST 0.029
BTC 61574.21
ETH 3389.80
USDT 1.00
SBD 2.52