Bir son daha..🖇️

in Steemit Azerbaijan☪✔2 years ago (edited)

Salam Steemit Azerbaijan ailəsi? Necəsiz nə var nə yox? Çoxdandı yoxam buralarda işlər necə gedir?
20211209_093232.jpg
Deməli qaldığım yerdən başlıyacam. Son postum 3cü kitabım haqda idi. İndi o kitabı oxudum bitirdim və dedim bu haqda sizə də danışım.
20211214_182451.jpg
Deməli mən türkcə kitab oxumağı xoşlamırdım, bu kitab mənə çatana kimi. Heç açığı oxumamışdım da. Elə buna görə də oxumaq mənə biraz çətin oldu. Bəzən elə olurdu ki eyni yeri 3 4 dəfə oxumalı olurdum. Bu bəzən də xoşladığım üçün belə olurdu. Gəlin biraz da sizə qısa məlumat verməyə çalışım.
20211216_105423.jpg
Kitabda gənc bir oğlanın həyatından danışılır. Onun valideynləri lap kiçik olanda vəfat etmişdilər. Gənc nənə babası ilə böyümüşdü. Çox da problemləri yox idi əslində. Sadəcə öz gizli dünyası var idi. Universitetə daxil olduqdan sonra artıq çətinliklər başladı.
20211214_184112.jpg
Orada da özü kimi hamıdan gizlin bir dünyası olan qıza bağlanır. O qədər çox bağlanır ki onu tərk etməsini ağlına belə gətirmir sadəcə elə gizli dünyasında bağlı qalmaq isdəyir ona. Kitab deməy olar onların ayrıldığı yerdən başlayır. Günlərin birində qız oğlanı tərk etməli olur.
20220114_222609.jpg

Əlbətdə bizim oğlan da zəif deyildi, hadisələrdən ən doğru qərarı çıxara bilirdi. Neynəmək olar bu hislər belədi də mütləq bir gün geri gələciyini ümid edirdi.
20211231_103331.jpg
Gənc bu fikirləri başından atmaq, həyatı kəşf etmək üçün dünya səyahətinə çıxır. O qatarla neçə neçə ölkələrdən keçir. Hər ölkədə bir neçə gün vaxt keçirir, gəzir, yeni insanlar, yeni fikirlər kəşf edir. Ancaq ki bir gün bir şəhərdə çox gözəl bir insan tapır.
20211223_215627.jpg
Elə gözəl bir dost tapır ki onunla bütün dərdlərini bölüşəcək, hətta həyatları deməy olar eyni olan bir dost tapır. Həmin insanın da həyatında çox dərin iz qoyur, baxmıyaraq ki yaşı ondan tam da 2 dəfə azdı. Dedim axı gəncimiz heç də zəif deyildi sadəcə ətrafında onu başa düşmək isdəməyənlər var idi.
20211223_215923.jpg
Səyatinə davam edir və sonda doğma evinə, İstanbula qayıdır. Bir müddət sonra təsadüf deyilən şey olmasa da deyək ki, təsadüfən tanışdığı dostu da arada gəlir İstanbula, gözəl günlər keçirirlər. Həə əvvəldə dedim haa qız tərk etmişdi bizim gözəl ürəkli gənci. Əslində tərk etməmişdi, bir xəsdəlik səbəbindən dünyasını dəyişmişdi.
20220114_224114.jpg
Bu məlumat sonda deyilir və izah olunmayacaq bir məqamdı. Beləcə kitab bitir. Həə birdə həmin dost bizim gəncin sayəsində Allahın varlığını qəbul edir və kitabın sonu tamam gözəlləşir.
20220117_185653.jpg
Məndən soruşsaz deyərdim ki, mütləq oxumalı olduğunuz bir kitabdı. Əvvəl oxuduğum iki kitab da məna dolu hissələr çox az idi. Ancaq bu kitabın hər sətrində bir məna var idi. Bəzi yerləri posta yerləşdirəcəm.
Bu günlük bu qədər. Özünüzə yaxşı baxın. Növbəti postlarda görüşənədək🙂.

Sort:  

Hər son yeni bir başlanğıcdır🖇️
Növbəti kitabın hansıdı? (Özün yazdığın yox ha, oxuyacağın kitab😄)

 2 years ago 

Əlbətdə 👍
Hələ dəqiq deyil yaxın günlərdə növbəti posdu qaçırmıyın. Bəlkə bir gün özüm də yazdım 😎😆

Niyə də olmasın😄

Coin Marketplace

STEEM 0.28
TRX 0.11
JST 0.030
BTC 67646.69
ETH 3790.48
USDT 1.00
SBD 3.50