Hesabat...(100% beneficiaries for Steemit Azerbaijan)

in Steemit Azerbaijan☪✔4 years ago

Salam Steemit.
Gözlənilən zaman gəldi çatdı. Dünən dedim axı sonuncu imtahandı bu gün. Dörd ayı 23 günə sığdırmalı olmuşduq. Məncə pis bacarmadıq. Son imtahana hazırlaşmaq üçün nə az, nə çox, cəmi iki gün vaxt qalmışdı. Material da hədsiz çox idi. Vaxt az qalanda daha məhsuldar çalışmaq olurmuş. Nəticə pis olmadı, hətta gözlədiyimdən daha çox oldu.

20220623_221921.jpg

Bir tələbə dosdum var, heçnə oxumamışdı. Hər imtahanda olduğu kimi burda da məsuliyyətim çox olmuşdu. Dostuma da kömək etməli idim nə olur olsun. Sonuncu imtahandı, həm də kəsirlərin sayı çox olurdu. Nəzarətçi cavan xanım idi. Nə yalan deyim çox gəşəng idi. Tələbələri başa düşməyi nəyə desən dəyərdi. Ətrafımızda gəzəndə belə danışsaqda heçnə demirdi. Sonrada daha bir nəzartəçi gəldi ki, tərpənməyə qoymurdu az qala. Tələbəyə imkansızdır de, otur izlə. Yaxşı oldu, həmin tələbə də keçdi. Çətin, maraqlı, həyacanlı bir semestr bitdi. İkinci kursu bitirdiyimi birdən anladım, vaxt nə qədər tez gedirmiş. Sonda birşeylərin olmadığını görürsən.

20220623_221731.jpg

İmtahanlar bitsə də işlər bitməyib hələ. Ehh səliqəyə salınası o qədər şeylər var ki. Çıxarılmış və birdə lazım olmuyan mühazirələr var ki, atmağa əl gəlmir, "saxla samanı, gələr zamanı" deyiblərmiş. Hara qoyasan ki, narahat etməsin. Hələ balların yığılması var. Hansı fənn neçə bal, neçə kredit olub. Bunları hər semestr sonu exceldə yığmasam olmaz. Həm saytda işləməyi təkrar edirəm, həm də ortalama hesablamaq lazımdı.

Screenshot_20220623-222726_Gallery.jpg

Ən çətini sona qalıb. Bütün il boyu çəkilən şəkillər, mesaj kimi atılan bütün şəkillər tək tək baxılıb ayrı ayrı fayıllara yığılmalıdır. Nədəndi bilmirəm ama şəkil silməyi xoşlamıram, həm də bacarmıram. Çünki, hərəsində bir məlumat var haçansa mütləq lazım olur. Əsas minlərlə şəkilin içində lazımsızları silmək, qalanları qorumaq. Bu işləri görmək üçün hələ xeyli vaxta ehtiyacım olacaq. Mən bu işlərin ardınca, siz də növbəti posta keçin.😉