Tiflis - Mtsxeta - Artvin - Rizə - Batumi - Martvili.
17-24 iyul tarixlərində bloguma ad vermiş marşrut üzrə avtobus turu ilə səyahətdə olduq.
Gürcüstan sərhəddi :
Gürcü sərhədçilər sərtdilər. Ən xoşuma gələn məqam balaca uşaqların növbəsiz buraxılması idi. Bir ağsaqqal əlində iki səbət gəldi ki, məni də ağsaqqal olduğum üçün buraxın. Gürcü sərhədçi anlamadı. Sonra rus dilində izah alandan sonra güzəşt etmədi ki, sırada növbənizii gözləyin. Geri qayıdarkən də bir alverçini növbədənkənar keçmək istəyinə razılıq verilmədi.
Tiflis şəhəri:
Nəsə bu şəhərə Tbilisi deyə bilmirəm. Qədim adı ilə dilimə yatır. Şəhəri turun marşrutuna uyğun gəzdik. Bakı ilə müqayisədə yaşıl şəhərdir. Amma şəhərlilik baxımdan hələ geri qalır. Şəhərin mərkəzi də balacadır. Ən xoşuma gələn məqam Kür çayında gəmi gəzintisi oldu. Gəmidə əyalətdən baş kəndə (paytaxt - müəllif) gəlmiş yeniyetmə gürcü gəncləri öz musiqilərinə çox həvəslə oynayırdılar. Şən ab-hava insana müsbət emosiyalar yükləyirdi.
Mtsxeta:
Tiflisə yaxın yerləşən bizim Lahıc qəsəbəsi kimi bir kiçik dağ qəsəbəsi. Dağın başında gürcü kilsəsi var. Kilsənin yerləşdiyi ərazidən Kürlə hansısa bir çayın qovuşmağı görünür. Havası bürkü idi. Lahıc məncə daha gözəl yerdir. Sadəcə bizdə turizm hekayəsi qurmaq bacarığı yoxdur.Həm burda, həm digər turistik bölgələrdə gürcülər qarpızı, qovunu nazik uzun dilimlərə kəsib böyük plastik stəkanlarda satırlar. Həm də moruq, çiyələk, qarağat kimi giləmeyvələri də bu qayda ilə satırlar. Azərbaycanda hələ belə hal görməmişəm. Olsa yaxşı olar.
Türkiyə Cümhuriyyəti :
Sarp sərhəd keçid məntəqəsindən Türkiyəyə qədəm qoyan kimi ikinci vətənimiz saydığımız ölkədə bir doğmalıq bizi bürüdü. Sonrakı iki gün ərzində bir neçə yerdə türklərin qonaqpərvərliyinin şahidi olduq. Qaldığımız otel o qədər xoşumuza gəlmədi. Yəqin ki, gələcək turlarda tur şirkətlərimiz bunu nəzərə alar. Türkiyədə Qara dəniz bölgəsi boyu əhali çox işləkdir. Dağların təpəsinədək çay kolları, fındıq bağları salınıb. Hətta yol kənarlarında kiçik yerlərdə belə tərəvəz əkilib. Artvin-Rizə bölgəsi yaylalar isə çox möhtəşəmdir. Əsl təbiət mənzərələri çaylar, göllər, şəlalələr, yaylalar insanı heyran edir. Çox təəssüf ki, biz olduğumuz günlər dumanlı-çiskinli keçdi deyə yaylalardan açılan mənzərələri görə bilmədik.
Batumi şəhəri:
Qayıtdıq yenidən Gürcüstana.Batumi şəhəri Qara dəniz sahillərində ən çox turist qəbul edən şəhər statusunu hədəf seçib. Yeni memarlıq nümunələri şəhərə xüsusi gözəllik qatır. Bulvar, kanat xətti, şeytan çarxı, yaxtalar, botanika bağı, Avropa meydanı turistlərin diqqətini cəlb edən əsas yerlərdir. Həm Tiflisdə, həm Batumidə diqqətimi çəkən əsas məsələlərdən qeyd edim. Müsbət olan odur ki, hər iki şəhərdə yollarda velosiped xətləri çəkilib.Şəhərlərə ayrı gözəllik qatır. Mənfi olan isə sürücülər piyada zolağında olan insanlara yol vermək istəmir və polis də bunu göz ardına vurur sanki. İnsafən hər iki şəhər həm də əsasən təmiz idi. Yerdə siqaret çöpləri, boş şüşələr, havada uçan sellofan paketlər gözə dəymir.
Martvili kanyonu:
Təxminən yarım hektar ərazidə mini park salıblar. Sadəcə girişi 17,5 Gel (lari) və rafting istifadə etmək üçün ayrıca o qədər də ödəniş etmək lazımdır. Çay kanyonu gözəldir. Girişdə hündürdəki restorandan ərazinin mənzərəsi ovuc içi kimi görünür.
Nəticə:
Gəzib-görmək hər zaman faydalıdır. Tanımadığınız insanlarla yolda dostlaşırsız. Geri qayıdanda sanki bir ailə olursuz.
Növbəti turlaradək. Oxuduğunuz üçün təşəkkürlər.
Emil Ağayev.
Posted from my blog with SteemPress : https://emil-agayev.000webhostapp.com/2019/07/__trashed
Nice pictures
This post earned a total payout of 0.097$ and 0.073$ worth of author reward which was liquified using @likwid. To learn more.
Congratulations @emil.agayev! You have completed the following achievement on the Steem blockchain and have been rewarded with new badge(s) :
You can view your badges on your Steem Board and compare to others on the Steem Ranking
If you no longer want to receive notifications, reply to this comment with the word
STOP
Vote for @Steemitboard as a witness to get one more award and increased upvotes!
Congratulations @emil.agayev ! You received upvote from @kryptoniabot & @kryptonia for your task of 10.3 SUP Today.
Remember to receive votes from @kryptoniabot
Run a task on Kryptonia.
Use the tags KRYPTONIA or SUPERIORCOIN in your Steemit post.
Delegate to the Kryptonia Upvote by clicking links: 10SP , 50SP , 100SP , 500SP , 1000SP
Due to an increased amount of tasks, we have changed up the voting power to evenly spread out the Upvote amount.