İnsan olmaq.

Ən ali varlıqlar imişik. Dərrakəli, düşünməyi bacaran, hətta gülməyi bacaran tək örnək. Dilimiz də var. Əslində guya hiss etdiklərimizi ifadə etmək üçündü. Gərçi çox zaman ondan hiss etdiklərimizi gizlətmək üçün istifadə edirik. Hə, bir də qaranlıq tərəflərimiz var. Özümüzə belə etiraf eliyə bilmədiyimiz qaranlıq tərəflərimiz. Biz qaranlıq tərəflərimizi hər cəhdlə təmizə çıxarmağa çalışarıq. Eyni zamanda həmin qaranlıq tərəfləri başqalarında gördükdə qınadığımız kimi. Mən danışmağı sevən, hay küylü, hətta əsəblərini cilovlaya bilməyən o " barıt çəlləyi" kimi insanları sevərəm. Qəzəbləri bir yanan kibrit çöpünün ömrü qədər olar. O var ya yox olduğu bilinməyən, bütün məsələlərdə tərəfsiz qalan insanlar var ha, onlardan qorxaram mən.İnsanları tanıdıqca onların hekayəsinə daxil olursan. Xoşbəxt, qayğısız bir hekayənin şahidi də ola bilərsən. Acı, can yaxan bir hekayənin də. İnsan olmaq o ikincilərin acısına seyrçi qalmamaqdı. İnsan olmaq öz ehtiyacından artıq qalan bir şeyləri kimlərlərsə paylaşmaq deyil. İnsan olmaq ən yaxşısını, ən gözəlini sevə-sevə kimləsə paylaşmaqdı. Və bundan zövq almaqdı. Nə qədər insanıq?!IMG-20191125-WA0013.jpg

Sort:  

İnsanları tanıdıqca heyvanlara hörmətim artır, demişdi biri.

Sənin məni steemitdə oxumağın Həzrədən Seyidqışlağa çerez Vəndam getmək kimi bir şey olmuyormu?)))

Dəşmir yolu qorxuludu, gec olsun da iyi olsun.

Deyir, ben eskilerden kışın karpuzu, yazın portakalı özlerdim. Şimdi bir de sen çıkdın başıma))

çox şey eləmə.

Congratulations @nurengizbagirova! You have completed the following achievement on the Steem blockchain and have been rewarded with new badge(s) :

You got more than 300 replies. Your next target is to reach 400 replies.

You can view your badges on your Steem Board and compare to others on the Steem Ranking
If you no longer want to receive notifications, reply to this comment with the word STOP

Vote for @Steemitboard as a witness to get one more award and increased upvotes!