Sakitlik, yorğunluq və öz-özünə qalan fikirlər
Gecə növbəsində işləməyin öz havası var. Sakitlik var, səs-küy olmur, amma insan həm də çox yorulur. Mən ayda 10 gün işə çıxıram, amma o gecələr bəzən 2 gün kimi keçmiş kimi olur.
Gecənin 3ü ən ağır saatdır və mən o saatlarda oz işimin başinda oluram.
Yorğunluq, yuxusuzluq, bir anlıq boşluq hissi… Sonra bir fincan çay içib özümə gəlirəm. Bəzən o sakitlikde insan düşüncələri ilə tək qalır — ev, ailə, gələcək, uşağın üçün daha yaxşı həyat qurmaq planı hamısı gecə yadıma düşür.
Kuryerlik işində çox adam görürəm, hərəsinin bir söhbəti, bir dərdi. Amma gecə postunda elə olur ki, 2–3 saat adam görmürəm, tək qalıram və elə vaxtlar olur ki, belə yazılar yazmaq istəyirəm.
???????????????????????????????????????????????
Bilmək istəyirəm — Sizlərdən gecə işləyən olub? Sizə necə təsir edib?

