Həyatda dəyişiklik etmək istəyənlər üçün kiçik motivasiya
Hər gün yeni bir addım atmaq üçün bir şansdır. Bəzən elə olur ki, yoruluruq, motivasiya azalır, planlarımız geri qalır. Amma kiçik bir addım belə gələcəyimizi dəyişə bilər.
Mən son vaxtlar özümə bir şey öyrəndim: başlamaq üçün ideal vaxt heç vaxt olmur. Başlayan insan özü üçün ideal vaxt yaradır. İstər iş qurmaq olsun, istər sosial şəbəkə inkişafı, istər şəxsi həyat — əsas olan davamlılıqdır.
Bu gün uğur gətirməsə də, sabahın təməlini qoyur. Hər gün 1% irəli getmək, bir vaxt sonra böyük nəticəyə çevrilir. Uğur heç kimə birdən gəlmir, amma davam edənə həmişə yaxınlaşır.
Ona görə hər gün özümüz üçün kiçik də olsa nəsə edin — bir fikri yazın, bir plan qurun və ya sadəcə bir addım atın. Gələcək bu gün etdiklərimizlə formalaşır. ✨
