Fobiya nədir?

in #phobia2 months ago (edited)

Və ondan necə xilas olmaq olar?

Bu gün sizə fobiya haqqında danışmaq istəyirəm. Bizim müxtəlif qorxularımız ola bilər. Bunlar hörümçək qorxusu, ilan qorxusu, it, pişik qorxusu, yüksəklik qorxusu, təyyarə qorxusu, qaranlıq qorxusu və s. ola bilər. Hər kəsdə olan fobiya konkret bir məqamla asosassiya olunur. Bu məqamla yadda qalır. Onu da qeyd edim ki, heç bir qorxu məqamı inkar edilə bilməz. Seanslar zamanı həmin fobiyaların yuxarıda da qeyd etdiyim kimi məqamlarla əlaqədar olduğunu görmək olur. Həmin əlaqəni aradan qaldıranda və baryeri aşanda fobiya da öz- özünə çəklib gedir.
Məsələn hörümçək fobiyası - uşaq vaxtı hörümçək toruna ilişib və qorxubsa qorxu yarana bilər.
Yaxud da yüksəklik qorxusu , yuxuda yıxılmaqla yaranır. Seans zamanı məlum olur ki, uşaq tez – terz yuxuda yıxılırmış. Bunun da nəticəsində onda yüksəklik qorxusu yaranıb.
Daha bir fobiya isə təyyarə qorxusudur. Bu fobiya ölüm qorxusu ilə asosassiya olunur. Belə ki, insan öz beynində müxtəlif ssenarilər qurur təyyarə partlayacaq, mən öləcəm və s..
Seanslar vastəsilə bu qorxular təmizlənir və fobiya yox olur.
Maraqlı fobiyalardan biri də qaranlıq qorxusudur. Seansların birində pasiyent qaranlığı canavara bənzətmişdi. Bu da uşaq vaxtı qaranlığı canavara bənzətdiyi üçün həmin qaranlıq qorxusu həmin şəxsdə belə formalaşmışdı. O, əslində qaranlıqdan yox, qaranlığa bənzətdiyi canavardan qorxurdu.
Lift qorxusunda da həmçinin uşaqlıqdan təsəvvüründə yaratdığı liftin şaxtasında düşmək fikri sonradan unudulur, bu dəfə liftə qarşı fobiya yaranır.
Başqa bir fobiya klastrafobiyadır- qapalı yerdə qalmaq qorxusudur. Bu da uşaq vaxtı qazanılan qorxudur. Seansların birində məlum oldu ki, pasiyent ana bətnində olanda doğuş zamanı ananın suyu qurtarıb uşaq qaranlıqda, susuz qalıb. Klastrafobiya yaranıb həmin uşaqda. Mənə müraciət edəndə uşağın 5 yaşı var idi və klastrafobiyadan əziyyət çəkirdi.
Əgər sizi də hansısa fobiyanız narahat edirsə bizə müraciət edin. Sağlam olaq!