Azərbaycan Respublikasının İqtisaydiyyatı haqqında fikriniz nədir?

in #questions6 years ago

View this answer on Musing.io


Azərbaycan Respublikası 1991-ci ildən etibarən öz müstəqilliyini əldə etmişdir. Hələ də gənc ölkə sayılmaqdadır. Buna baxmayaraq ölkə qısa müddət ərzində, ən çox da 2000-ci illərdən sonra yüksək bir inkişaf xətti ilə iqtisadiyyatı inkişaf etmişdir. İqtisadiyyatın bu cür təkamülündə birbaşa neft sektorunun payı vardır. 1994-cü ildə bağlanmış "Əsrin müqaviləsi" olaraq tarixə keçən kontraktın bağlanması ilə ölkənin çiçəklənmə dövrü başlamışdır. Xarici dövlətlər və onların şirkətləri ilə edilən əməkdaşlıqlar və aparılan işlər nəticəsində Azərbaycan nefti xaricə ixrac edilmiş və bir sıra xarici şirkətlər Azərbaycanda şirkətlərini, zavodlarına quraraq neftin emalına da başlamışdır. Bu isə öz növbəsində iqtisadiyyatda təkamül prossesini inkişaf etdirmişdir.  Müasir dövrümüzdə isə neft sektorundan gələn gəlirlər ölkənin digər iqtisadi sahələrinə yönəlməsi gündəm məsələsinə çevrilmişdir. Artıq pambıqçılıq, üzümçülük, inşaat materiallarının istehsalı kimi müəssisələr açılır və bu da ölkədə çeşitli iqtisadi sahələrə dayanan qalıcı rifahın genişlənməsinə gətirib çıxarır.

The Republic of Azerbaijan has gained its independence since 1991. It is still a young country. Nevertheless, the country has developed in a short period of time, most notably in the 2000s, with a high growth line. There is a direct share of the oil sector in this evolution of the economy. In 1994, when the "Contract of the Century" was concluded, the country's blooming cycle started. As a result of the cooperation with foreign countries and their companies, the Azerbaijani oil has been exported abroad and a number of foreign companies have started to process oil in Azerbaijan by installing their companies and factories. This, in turn, has evolved in the economy evolutionary process. In the modern era, revenues from the oil sector have turned into other economic spheres of the country. Businesses such as cotton-making, vine-growing, construction materials are now expanding and this leads to a widening of the prosperity of a variety of economic fields in the country.