Səbir insanı gücləndirir.
Həyatda hər şey istədiyimiz kimi getmir. Bəzən gözlədiyimiz nəticələr gecikir, bəzən də qarşımıza çətinliklər çıxır. Məhz belə anlarda səbirli olmaq insanı daha da gücləndirir.
Səbir sadəcə gözləmək deyil, ümidini itirmədən yoluna davam etməkdir. Hər bir çətinliyin arxasında bir dərs var. İnsan bu dərsləri anladıqca daha möhkəm olur.
Məncə səbirli olan insan həm özünü daha yaxşı tanıyır, həm də həyatdakı problemlərə daha soyuqqanlı yanaşır. Vaxt hər şeyin yerini göstərir, əsas odur ki, inamı itirməyək