At, qoyun, öküz
Hər vaxtınız xeyirli olsun.
Bu şəkili yadımdan çıxıb harda və nə vaxt çəkmişəm. At insanlarla dostluq eləyən heyvanlardan biridir. Bilmirəm insanla nə bağlılığı var, lakin insanlar ondan minik vasitəsi kimi edirlər. Atdan döyüşlərdə, yarışlarda, mühafizədə və s. yerlərdə istifadə edirlər.
Qoç haqqında çox əfsanə və rəvayətlər var. Allahın bərəkət verdiyi yeganə heyvanlardan biri də qoçdur. Məhz İsmayıl peyğəmbərin hekayəsində, qoçun Allah tərəfindən göstərilməsi xahişi qeyd olunur. Qurban bayraminda ən çox kəsilən heyvan qoç olur. İnsanların ən çox saxladığı və coxaltdığı heyvan qoyundur. Qoyunun ətindən, südündən, yunundan, ümumiyyətlə, hərə bir şeyindən istifadə olunur.
Öküz haqqında çox maraqlı əhvalatlar, nağıllar var. Qədimdə öküzləri qoşquya qoşub yer şumlamaqda istifadə edərdilər. Arabaya da qoşüb nəqliyyat kimi istifadə edərdilər. İspanlar matador oyunlarında oküzdən istifadə edirlər. Öküzün dərisindən istehsalatda istifadə olunur. Öküzün əti, ət məhsullarının içərisində ən çox yeyilən ətdir. Öküz ətindən müxtəlif konservlər və kolbasalar da hazırlanır. Bu öküzün şəkilini Bakı şəhərinin küçələrinin birində çəkmişəm.
Muhteşem :)))))))