Çuğundur...

in #steemexclusive3 years ago

Salam dəyərli dostlar.
Bu gün biz,müalicəvi bitkilər qrupuna aid olan çuğundurun faydalarından danışacayıq.

IMG_20211015_111639.jpg

Keçmiş zamanlarda,dərmanların olmdığı dövürdə,insanlar təbiətin onlara bəxş elədikləri ilə,yəni bitkilərlə müalicə olunurdular.Bəzi bitkilərin güllərindən,bəzilərin meyvəsindən,bəzilərin köklərindən,bəzilərin də yarpaqlarından istifadə edirdilər .
İlk zamanlarda çuğundur da qida məhsulu kimi yox,məhs dərman bitkisi kimi istifadə olunurdu.

IMG_20211015_111606.jpg

Tərkibində zəngin B vitaminlər qrupu,dəmir,mis,maqnezium,kalium və digər faydalı maddələr olan çuğundur bir çox xəstəliklərin müalicəsində istifadə olunurdu.Təcüblü deyil ki,bu günkü gündə də çuğundur sağlam qida məhsulların içində öz fəxri yerini saxlamaqdadır.
Təzyiqin normallaşması..
Çuğundur təbii nitratlara zəngindir,hansıları ki, orqanizmdə azot okisidin yaranmasında iştirak edir.Azot oksidi isə qan damarların genişlənməsini təmin edir.Bu da qanın bədəndə daha rahat sirkulyasiyasına və arterial təzyiqin düşməsinə faydalıdır.Araşdirmalar göstərib ki,gündə bir stəkan çuğundur şirəsi içən insanlarda arterial təzyiq civə sütunu ilə 10 vahid aşağı düşür.
Ürək xəstəlikləri riski azalır...
Çuğundurun tərkibində betain adlı bitki alkaloidi və fol turşusu var.Onlar birlikdə kükürd tərkibli amin turşusu olan hemosisteinin miqdarını azaldır.Qanda hemosisteinin miqdarı yüksək olduqda qan damarlarının iç sədhinin zədələnməsi baş verir,bu da ürək-damar xəstəliklərinin yaranmasına səbəb olur.
Dözümlülük artır...
Bir çox idmançılar öz qidalanmasına çuğunduru daxil edir.

IMG_20211015_111757.jpg

Bu da təsadüfi deyil.Yenə də iş həmin nitratlardadir,hansi ki,bədənin oksigenə tələbatın azaldır.Bu da ağır fiziki yüklənmədə bədənin dözümlülüyün 15-20 faiz artırır.
Beyin fəaliyyətinin yaxşılaşması...
Dediyimiz kimi azot oksidi damarları genişləndirməklə,beynimizə də qan axarını yaxşılaşdırır.Bu da xüsusən yaşlı insanlara faydalıdır.
Qaraciyərin yükü azalır...
Qaraciyər daimi olaraq orqanızmin təminzlənməsini və detoksikasiyasıni aparır.Betain qaraciyərdə yağların və xolesterinin yığılmasının qarşısını alır.

IMG_20211015_120653.jpg

Xroniki xəstəliklərlə mübarizə...
Tərkibindəki,güclü antioksidant olan,betalaynlar iltihab əleyhinə təsir göstərir və bir çox xroniki xəstəliklərlə mübarizə aparmaqda kömək edir.
Çuğundur həm də bağırsaqlarımızın fəaliyyətinə də müsbət təsir ğöstərir.Peristaltikanı yaxşılaşdırır.

IMG_20211015_111715.jpg

Dəyərli dostlar,sağlam qidalanın,sağlam olun.