Sumqayıt bulvarı

Haqqın yanında olan hər bir kəsə Allahın salamı olsun. Çoxdan idi heç bir post paylaşmırdım, bu novruz bayramı qərara gəldim ki, vaxtım olduqca paylaşımlar edim. Bu gün Sumqayıt bulvarı haqqında yazmaq istəyirəm.

IMG20230228213654.jpg

Bir vaxtlar buralar xarabalıq idi. Zibillikdən heç seçilmirdi. Hər zaman düşünürdüm ki, belə bir yer hər şəhərdə olmur, niyə buraları düzəltmirlər. İndi isə buralar elə gözəl bir vəziyyətə gətirilib ki, dünyanın ən gözəl bulvarına çevrilib. Dəniz kənarında elə bir bulvar salınıb ki, gələnlər və görənlər heyran qalır.

IMG20230228213752.jpg

Hal hazirda insanlar Sumqayıt bulvarına gəzməyə və dincəlməyə gəlirlər. Burda hər zaman insanların necə dincəldiyini görmək olar. Bu şəkilləri axşam saatlarında çəkmişəm. Ailəmizlə gəzintiyə çıxmışdıq, sadəcə bir neçə şəkil çəkdim, məqsədim paylaşmaq delyldir. Sadəcə hava çox yaxşı idi, restoranda oturmuşduq. Çölə çıxdım, heç özüm də bilmirəm niyə bu şəkilləri çəkdim. Demək lazım imiş. İndi paylaşıram. Elə bil vərdiş eləmişəm, əvvəllər hər nə görürdüm şəkilini çəkirdim.

IMG20230228213659.jpg

Sumqayıt çox gözəl şəhərdir, bulvar isə bu gözəlliyə daha bir gözəllik qatır. İndi Sumqayıt bulvarı dünyanın ən gözəl bulvarları siyahısındadır. Hər kəsə bu bulvarda istirahət etməyi arzulayıram.

Coin Marketplace

STEEM 0.23
TRX 0.12
JST 0.029
BTC 66548.53
ETH 3594.05
USDT 1.00
SBD 2.91