Əlicə Qalası

in #steemix6 years ago


Əlincəqalanın tikilmə tarixi haqqında çoxlu qəribə məlumatlar mövcuddur. Tarixi qaynaqlara əsaslanan bəzi tədqiqatçılar qalanın təxmini 2 min il bundan əvvəl tikildiyini qeyd edirlər. "Kitabi-Dədə Qorqud" dastanında Əlincəqala möhkəm bir alınmaz qala kimi təsvir olunur. Orta əsr qaynaqlarında Əlincə adı qala, dağ, çay kimi nəzərdə tutulmuşdur. Əlincəqala haqqında tarixçilərdən Nəsəvi , Şərafəddin Əli Yəzdi , türk səyyahı Övliya Çələbi və digərləri bu haqda məlumat vermişlər. Tikinti sənətinin xüsusiyyətlərinə görə Əlincə qalası daha qədim dövrə aiddir. XII əsr tarixçləri bu qalanın çox qədimlərdə tikildiyini qeyd edir.