Koronavirus qapımızda.

in #steempress4 years ago

Dünya yeni bir bəlaya ev sahibliyi etməkdədir. Koronavirus. Adam adınından diksinir. Dünya yarandan o qədər bəlalar görüb ki, bu virusu da atlada biləcəyik söz yox, amma və lakin ölkələr maddi, iqtisadi cəhətdən azı bir-iki il geri düşəcək. Əlacının bu günə qədər tapılmaması da bir dərd.


image

Qara ölüm-vəba bir zamanlar dünyanı ağuşuna alıbmış. "Taun" romanını oxuyanda onun necə bir xəstəlik olduğunu adam canında hiss edir elə bil.


image

Məsələn, Çindən gələn xəbərlərdən o qədər də narahat deyildik. Gözdən iraq idi, könüldən qıraq. İndi qapımızdadır, bir addımlığımızda- İranda insanlar bu virusa yoluxdu, xeyli də can aldı. Sabah bizim ölkədə olmayacağı nə məlum. Sadəcə təmkinli olmaq, gigenik qaydalara əməl etməklə qorunmağa çalışmaq lazımdı.

Dərd gələndə bir batman gəlir. Ellən gələn dərd də toy-bayramdı. Sadəcə iradəli olmaq və dik durmaq lazımdı.



Posted from my blog with SteemPress : https://khagani.000webhostapp.com/2020/02/koronavirus-qapimizda

Coin Marketplace

STEEM 0.27
TRX 0.12
JST 0.032
BTC 65454.89
ETH 2948.91
USDT 1.00
SBD 3.69