Temu-dan ucuz alıb satmaq — mənim real qazancım və ən çox gedən aksesuarlarsteemCreated with Sketch.

in #temulast month

Son aylarda Temu və Trendyol-dan telefon və maşın aksesuarları alıb satırıq. Açığı, məncə Azərbaycanda ən yaxşı yan qazanc yollarından biridir.

1000258689.jpg

Qiymətlər ucuz, çeşid çox, insanlar isə daima kabel, şüşə, powerbank, maşın ləvazimatları axtarır.
Mən ən çox bu məhsullardan satıram:
🔹 iPhone şüşəsi (tempered glass)
Alış: 0.40–0.80$
Satış: 3 AZN
🔹 Type-C kabel
Alış: 1–1.5$
Satış: 4–5 AZN
🔹 Prius üçün LED işıq, dekor
Alış: 2–4$
Satış: 10–12 AZN
🔹 Powerbank
Alış: 7–10$
Satış: 18–22 AZN

1000258690.jpg

Bunlar sadə görünür, amma gündə 3-5 satış belə etsən, özünü doğruldur. TikTok səhifəm zəif idi, indi yavaş-yavaş hər məhsuldan kiçik videolar çəkib paylaşmağa başlayıram. İnsanlar real istifadəni görmək istəyir.

Sonda bir sualım var:
Sizcə Azərbaycanda ən çox satılan aksesuar hansıdır? Təcrübəniz varsa yazın.